"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müzəffər Baxış: “Avtomobilin etibarnamə ilə idarə edilməsi mülki hüququn prinsiplərinə ziddir”

10 Fevral 2016 - 12:03
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Avtomobilə aldığınız etibarnamələr etibarsız ola bilər

Bu gün avtomobil idarə edənlərin əksəriyyəti etibarnamə alır. Xalq arasında “baş etibarnamə”  adlanan bu sənəd avtomobili əldə edən şəxsə onu sonradan öz yaxınlarından kiminsə adına keçirməyə də imkan verir. 

Mayın 1-də qüvvəyə minəcəyi gözlənilən yeni məcəlləyə görə isə əgər nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz də idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız sürmək üçün verilmiş olsa da, belə etibarnaməsi olan şəxs avtomobildədirsə, onu digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox “ayıq sürücü” xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq. Xatırladaq ki, hazırda qüvvədə olan məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir.
 
Hüquqşünas Müzəffər Baxış avtomobilin etibarnamə ilə idarə edilməsinin mülki hüququn prinsiplərinə zidd olduğunu dedi: “Etibarnamə əslində təmsilçilik institutudur. Yəni kimisə digər şəxsi təmsil etmək üçün o şəxsə verilən bir sənəddir. Tutaq ki, hansısa səlahiyyətlər notarial qaydada verilməlidir, həmin səlahiyyətlər notarial qaydada təsdiq edilmiş etibarnamə ilə verilir. Elə institutlar var ki, onları təmsilçi vasitəsilə həyata keçirilə bilməzlər. Tutaq ki, kimsə nikah münasibətinə girirsə, o kiməsə etibarnamə verə bilməz ki, həmin adam gedib onu təmsil edib nikah müqaviləsini imzalasın. Müəyyən məsələlər var ki, onu bizdə təmsilçi vasitəsilə həyata keçirmək qadağandır. Ümumilikdə isə təmsilçilik institutunun ləğv edilməsi haqda eşitməmişəm. Amma nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı belə bir məsələ vardı ki, onu idarə etmək etibarnamə ilə yox, müqavilə ilə tənzimlənməlidir. Çünki etibarnamənin mahiyyəti ondan ibarətdir ki, hansı şəxsə səlahiyyət verirsənsə, o üçüncü şəxs qarşısında səni təmsil edir. Amma avtomobili idarə etməkdə o, üçüncü şəxs qarşısında səni təmsil etmir, sadəcə olaraq, avtomobili idarə edir. Etibarnamə bir tərəfli əqddir. Yəni etibarnaməni kim verirsə, onun iradi ifadəsi orada təmsil olunur. Amma mən maşını kiməsə idarə etməyə verirəmsə, o da maşını idarə edirsə, bu, müqavilə münasibətidir. Bu ikitərəfli əqddir. Burada həm maşını idarə edənin, həm də maşını verənin iradə ifadəsi olmalıdır. Ona görə də bunlar arasında müqavilə bağlanmalıdır. Bizdə həmin institut etibarnamə vasitəsilə həyata keçirilir. Bu isə əslində mülki hüququn prinsiplərinə ziddir. Amma etibarnamənin, ümumiyyətlə, təmsilçilik institutunun ləğv edilməsi çətin məsələdir. Bu institutu ləğv etmək istəsələr, gərək qanunvericilikdə ciddi dəyişikliklər edilsin. Mən düşünmürəm ki, belə bir dəyişiklik olsun. Amma avtomobillərin idarə edilməsi ilə bağlı institut müqavilə münasibətləri ilə tənzimlənsin. Yəni kimsə kiməsə avtomobilini idarə etməyə verirsə, onunla müqavilə bağlasın”.
Hüquqşünas avtomobillə bağlı verilən etibarnamələrdə sui-istifadə halları yaşandığını dedi: “Bizim qanunvericiliyə görə əmlak üzərindən xüsusən də avtomobil idarə etməklə bağlı sərəncam verilməsi ilə bağlı etibarnamələr bir illik verilir. Həmin etibarnamə ilə müddət azaldılıb. Amma avtomobil nəqliyyatı üzərindən  sərəncam verməklə bağlı etibarnamələrdə bir sıra sui-istifadə halları yaşanır. Əslində onlar avtomobili faktiki alqı-satqı ilə alır. Avtomobilin mülkiyyətçisi ona sərəncam vermək  səlahiyyətinə etibarnamə verir. Sonra isə o avtomobili alan şəxs üçün çox ciddi problemlər yaranır. Mülkiyyətçinin bankla və ya digər şəxslərlə hər hansısa problemi yaranarsa, onun əmlakı məhkəmə qətnaməsi ilə qəbul olunur. Məhkəmənin qərarı olaraq avtomobili məcburi hərrac məsələsi ortaya çıxır. Bu zaman avtomobili faktiki olaraq alan şəxs, ona etibarnamə ilə sürməyə səlahiyyət verilən şəxs pis vəziyyətdə qalır. Avtomobili onun əlindən alırlar. Bu zaman gərək bu şəxs avtomobilin alqı-satqısı haqdakı müqavilə ilə məhkəməyə müraciət etsin. Bu da çox uzun bir proses tələb edir. Bu cür problemlərin ortaya çıxmaması üçün insanlar belə hərəkətlərdən çəkinməlidirlər. Hansı avtomobili alırlarsa, dərhal alqı-satqı haqqında müqavilə bağlamalı və ya avtomobili etibarnamə ilə satın alma təcrübəsindən imtina etməlidir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Merkel faciəvi səhv edib`

Next Post

Səfir: “Rusiyada Transxəzər Nəqliyyat Dəhlizinin işə salınması ilə bağlı heç bir çaxnaşma yoxdur”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səfir: “Rusiyada Transxəzər Nəqliyyat Dəhlizinin işə salınması ilə bağlı heç bir çaxnaşma yoxdur”

Almada olan vitaminlər - İNFOQRAFİKA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.