6 ayda Afrikadan Avropaya 102 min qaçqın keçib
Bu ilin əvvəlindən 102 min miqrant Aralıq dənizini üzərək Avropaya keçib.
Avropa.info xəbər verir ki, bu hesabatla BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Coel Nilman çıxış edib.
O qeyd edib ki, rəqəmlər keçən ilin bu dövrü ilə müqayisədə daha çoxdur. Yalnız İtaliyaya il ərzində 54 min 660 miqrant köç edib. Yunanıstana gələnlərin sayı isə 46 min 150 nəfərdir.
Keçən həftə Liviya vasitəsilə Siciliya adasına keçən 7000 afrikalı miqrant xilas edilib.



