"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Qəhrəmanla bağlı tədbir keçirilib

13 Noyabr 2016 - 11:21
in CƏMİYYƏT MANŞET

Картинки по запросу Oqtay Güləliyev

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Noyabrın 11-də Bakıda yerləşən Laçın rayonu 28 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Oqtay Güləliyevə həsr olunmuş tədbir keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova çıxış edərək belə tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızı yad etməklə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkir. 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən söz açan A.Həsənova Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, laçınlı oğulların dövlətimizin ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəman Oqtay Güləliyevin keçdiyi şərəfli ömür yoluna nəzər salan natiq onun qəhrəmanlığından danışıb. Bildirib ki, O.Güləliyevin qəhrəmanlıq yolu gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bir örnəkdir. Qeyd olunub ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Onun Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib. “Daşaltı əməliyyatı” zamanı o, mühasirəyə düşən 80 əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə ağır yaralanan O.Güləliyev müalicə olunaraq yenidən cəbhəyə qayıdıb. Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün qurduğu əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb, beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. O, 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, özü qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 11 may tarixli Fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Milli Qəhrəman Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri çıxış edərək onun həyat və döyüş yolundan bəhs ediblər, O.Güləliyevlə bağlı xatirələrini bölüşüblər. Sonra tədbir iştirakçıları İltifat Hacıxanoğlunun ssenari müəllifi və quruluşçu rejissoru olduğu Milli Qəhrəmana həsr edilmiş “Laçın qartalı” filmini izləyiblər. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli film “Yaddaş” studiyasında lentə alınıb. Milli Qəhrəman Oqtay Güləliyevin həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən filmin xronometrajı 21 dəqiqədir. Tədbir Laçın rayon 1 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin hazırladığı musiqili kompozisiya ilə davam edib. Sonda çıxış edən Milli Qəhrəmanın xanımı Afət Güləliyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident taxılçılıq təsərrüfatı ilə tanış oldu – Fotolar

Next Post

Dünyanın ən dəhşətli xəstəlikləri – Görənlər ŞOKDA, tibb elmi çarəsiz (VİDEO – FOTO)

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Dünyanın ən dəhşətli xəstəlikləri - Görənlər ŞOKDA, tibb elmi çarəsiz (VİDEO - FOTO)

Neft ona görə ucuzlaşmır ki, ABŞ...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.