"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Keçmiş səfir: “Qarabağın müsəlman kimliyini inkar etmək…”

13 Noyabr 2016 - 16:06
in XƏBƏR LENTİ

Dağlıq Qarabağın adının “Artsax”a dəyişdirilməsi planı bölgə əhalisinin dini mənsubiyyətini inkar etmək məqsədi daşıyır, tamamilə şübhəli bir hərəkətdir və bu məsələdə ATƏT-in Minsk qrupunun susqunluğu düşündürücü məqamdır.

Trend-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurma proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası” adlandırılması cəhdi Dağlıq Qarabağın islami-şiə kimliyinin dəyişdirilməsi istiqamətində məkrli hərəkətlərin başlanğıcıdır:

“Minsk qrupunun üzvləri çox yaxşı başa düşürlər ki, Qarabağın adının dəyişdirilməsi və onun əhalisinin dini kimliyinin inkar edilməsi cəhdi heç də Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmayacaq və bu məsələ müharibə odunun daha da alovlanması ilə nəticələnə bilər. Bu təklifin azsaylı himayəçiləri, eləcə də Minsk qrupu başa düşməlidir ki, kommunistlərin 70 illik hakimiyyəti dövründə də Qarabağın müsəlman kimliyini inkar etmək mümkün olmadı. Bu bölgədə müsəlmanların şəraiti çətinləşdirilsə də, onlar öz kimliklərini və adət-ənənələrini qorudular”.

Sabiq səfir bildirib ki, Qafqaz regionu bu gun sürətlə inkişaf edir, ona görə də hər bir təxribat xarakterli hərəkətin qarşısı alınmalıdır. Bu mənada region ölkələri sabitliyin və sülhun qorunmasında önəmli rol oynayır:

“Qarabağın müsəlmanlara məxsus olduğuna əmin olan İslam ölkələri və sülhsevər qurumlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən irəli sürülən təklifə reaksiya göstərib başqa ölkələr və qurumları, o cümlədən Minsk qrupunu bu təklifə qarşı çıxmağa çağırmalıdırlar”.

M.Pakayin deyib ki, ermənilərin irəli sürdüyü “Artsax” adının tarixi nöqteyi-nəzərdən heç bir istinadı yoxdur: “Tarixi sənədləri əsas tutaraq deyə bilərik ki, Qarabağ Azərbaycan türkcəsində olan bir addır ki, iki sözdən yaranıb: qara və bağ. Bu adın tarixi əsasları var və ilk dəfə 12-ci əsrə aid olan sənədlərdə qeyd olunub. Tarixi sənədlər sübut edir ki, bu ərazi qədim dövrdən müsəlmanların ərazisi olub. Ruslar Türkmənçay və Gülüstan müqavilələrindən sonra erməniləri İslam ərazisi olan İrəvan və Qarabağa köçürüblər. O zaman ruslar Qarabağ əhalisinə söz veriblər ki, bu köç müvəqqətidir. 1823-cü ildə Qarabağın 625 kəndindən 478-də müsəlmanlar yaşayıb. O vaxt Britaniya nümayəndə heyətinin rəhbəri olan Tomas de Vaal İran-Rusiya müharibəsindən sonra Şuşa şəhərində olub və bildirib ki, şəhərin əksəriyyəti müsəlmandır”.

Diplomat əlavə edib ki, bunlardan savayı, Qarabağın tarixi abidələri, mədəni irsi və müsiqisi bu ərazinin müsəlmanlara aid olduğunu göstərir: “Son 20 il ərzində Qarabağ məsələsi regional münaqişə sayılsa da, beynəlxalq qurumlar bu ərazinin Azərbaycana – müsəlmanlara aid olduğunu vurğulayıblar. Bütün sənədlər də sübut edir ki, Qarabağ Azərbaycan xalqının şiə kimliyinin bir parçasıdır”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Ukraynaya yardım etdi: şəhər xilas edilir

Next Post

NATO Baş katibi Donald Trampa müraciət etdi: “Alyans dağılacaq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

NATO Baş katibi Donald Trampa müraciət etdi: “Alyans dağılacaq”

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Babın azad edilməsinə başlanılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.