"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

7 rayon Azərbaycana qaytarılır

21 İyul 2015 - 09:29
in aktual-banner, MANŞET
“Əminəm ki, Qarabağ münaqişəsinin həlli üzrə əsas danışıqlar ATƏT-in Minsk qrupunun müstəvisindən kənarda aparılır”.
ANS PRESS-in məlumatına görə, bunu politoloq Qabil Hüseynli Avropa Şurasının sədri Donald Tuskun İrəvana bu gün etdiyi səfəri şərh edərkən bildirib.
“Düşünürəm ki, danışıqlar pozitiv istiqamətə doğru irəliləyir və tezliklə yalnız Laçın və Qayğı qəsəbəsi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarıla bilər”, – deyə politoloq ANS PRESS-ə bildirib.
Politoloq fikirlərini erməni qəzetlərinin bu gün dərc etdiydi bir faktla əsaslandırmağa çalışır. Erməni dilində çıxan həmin qəzetlər yazır ki, Moskva İrəvana, İrəvan isə Xankəndiyə əmr verib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bütün ərazilər boşaldılsın və ordakı infrastruktur məhv edilsin.
Lakin erməni qəzetlərinin yazdıqları bu gün İrəvanda Donald Tuskla görüşən prezident Serj Sarkisyanın nümayiş etdirdiyi mövqeyə uyğun gəlmir. Görüş zamanı Donald Tusk Avropa Birliyinin (AB) Azərbaycanla Ermənistan arasında dialoqun güclənməsini və istənilən barışıq səylərini dəstəklədiyini vurğulayıb.
Serj Sarkisyan isə Avropa Şurasının sədrini əmin etməyə çalışıb ki, Qarabağ üzrə danışıqları ATƏT-in Minsk qrupunun çərçivəsindən kənara çıxarmaq səylərinin heç bir əsası yoxdur: “Azərbaycan danışıqlar prosesinin məğzini nə qədər dəyişməyə çalışsa da, Dağlıq Qarabağ əhalisinin azad iradə ifadə etməsinə artıq heç kimi etirazı yoxdur və mənim bəyanatımla bu bir daha təsdiq edilir”.
Göründüyü kimi, erməni lider avropalı qonağın yanında Rusiyadan gələn əmrlərə boyun əymədiyini iddia etməyə çalışır. Ola bilər ki, Rusiya da Qarabağ məsələsini təkbaşına həll etmək məsələsinə gündəmə gətirməklə Avropa Birliyi və bütövlükdə qərblə bazarlıq etmək istəyir.
Təbii ki, Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda həll edilməsi qərbi Cənubi Qafqazdan bir dəfəlik kənarlaşdıra bilər. Moskva Brüsseli sakitləşdirmək üçün bu məsələni ən sonda Minsk qrupunun çətiri altına sala bilər. Amma bu da Qərbin regionu tərk etməsi olacaq. Donald Tusk kimi Avropa siyasətçilərinin regiona səfərləri də məhz qərblə Moskava arasında gedən bu ziddiyyətli danışıqlar prosesinin bir hissəsi ola bilər. Yəni bu məsələ ilə bağlı Moskvaya tam etibar eləmək mümkün deyil.
“Biz bu məsələdə ehtiyatlı davranmalıyıq və mütəmadi olaraq ordumuzun gücünü artırmalıyıq. Bəlkə də, məsələnin həlli ildırım sürətli bir hərbi əməliyyatdadır. Belə əməliyyət bizə Dağlıq Qarabağ ətrafı rayonları çox sürətlə geri qaytarmağa imkan yaradar. Mən sizə deyim ki, bu, Serj Sarkisyan üçün də çıxış yolu olar. Hər halda, Dağlıq Qarabağın erməni yaşayış məntəqələri onların əlində qalacaq. Erməni xalqına isə ordunun strateji yüksəkliklərdə müdafiə mövqeyi tutduğunu deyərlər. Danışıqlar prosesi isə növbəti mərhələyə qədəm qoyar”,- deyə Qabil Hüseynli vurğulayıb.

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentin dönər yeyən komandası… – FOTO

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Neft ucuzlaşıb

Yeni ipoteka siyasəti mənzil bazarında ciddi canlanma yaradacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.