"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

700 bal yığan tələbələr xaricdə oxuyacaq

07 Avqust 2014 - 15:56
in XƏBƏR LENTİ
Məlum olduğu kimi, dünən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 1407395570_imeni-1ixtisas seçiminin nəticələri açıqlanıb. 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 33 623 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.
Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ümumilikdə 9 nəfər rekord nəticə göstərərək 700 bal toplayıb.
Maraqldır, rekordçularımız hansı universitetlərdə təhsil alacaqlar və xaricdə təhsillərini davam etdirmək fikirləri varmı?
Azvision.az sözügedən tələbələrlə əlaqə saxlayıb.
I ixtisas qrupun üzrə 700 bal toplayan Bakı şəhəri, kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov  ali məktəbə qəbul olduğu üçün sevincli olduğunu bildirib: “Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması fakültəsinə daxil oldum. Sevdiyim ali məktəbdir. Xaricdə oxumaq fikrim də var, əgər universitetdən göndərsələr, gedib təhsilimi davam etdirərəm”.
I ixtisas qrupu üzrə digər rekordçu – Bakı şəhəri, “Zəkalar” liseyinin məzunu Nurlan Quluzadə Azərbaycan Diplomatiya Akademiyasının informasiya texnologiyaları fakültəsində təhsil alacaq: “Ürəyimcə olan bir ixtisasdır. Bir il burada oxuyub, daha sonra xaricdə təhsilimi davam etdirəcəm”.
I ixtisas qrupu üzrə Bakı şəhəri, BDU-nun nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nəbizadə Fatimeyi Zəhra: “Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsində oxuyacağam. Bir il burada təhsil alıb, vəziyyətə baxacam. İmkan olsa, gedib xaricdə oxuyacam. İxtisas seçimini də özüm etmişəm”.
II ixtisas qrupu üzrə 287 saylı “Zəkalar” liseyinin məzunu Qoşqar Qədimbəyli Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olub: “Xaricdə təhsil almaq istəyirəm, amma hələ qəti fikrim yoxdur”.
IV ixtisas qrupu üzrə Ağdam rayonu, Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub: “Birinci il burada oxuyub, ikinci ildən Türkiyəyə gedəcəyəm”.
IV ixtisas qrupu üzrə Ağsu rayonu, 1 saylı şəhər orta məktəbin məzunu Nicat Qasımov da Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub: “Bu, uşaqlıqdan istədiyim bir ixtisasdır. Xaricdə oxumaq fikrim də var”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Komitə sədrlərinin keçmişi: Onlar əvvəl kim idilər?

Next Post

Milli Qəhrəmanın İŞİD-ə qarşı “vuruşan” həkim oğlu – MÜSAHİBƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Milli Qəhrəmanın İŞİD-ə qarşı “vuruşan” həkim oğlu - MÜSAHİBƏ

Türk aktyorlar erməni rolu oynamaqdan imtina etdilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.