"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

71 əmlak özəlləşdirilməyə çıxarılır

16 Yanvar 2017 - 11:03
in XƏBƏR LENTİ

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 14-də keçiriləcək yeni hərraca 71 əmlak çıxarılacaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə  Komitədən məlumat verilib. Bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir. İstənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün “privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda qalib olmayan vətəndaşın ödədiyi beh hərracdan sonra 10 gün ərzində vətəndaşa geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar. Hərraclar barədə məlumat almaq və sifariş vermək də hazırda çox rahatdır. Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində əhaliyə müntəzəm məlumatlar çatdırılır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.

Hərraca çıxarılan 6 kiçik dövlət müəssisəsi və obyekti Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda yerləşən hər iki əmlak 150 min manata iddiaçılara təklif olunur. Bu əmlakların hər ikisi Yardımçı Təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis”, Sumqayıtda yerləşən “Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Kərpic”, “Goranboy Sənaye İnşaat”, “Kürdəmir Quşçuluq”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan ordusunda daha bir itki – FOTO

Next Post

Primakov üçün dərman əməliyyatı – ABŞ-ın casus planı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Primakov üçün dərman əməliyyatı – ABŞ-ın casus planı

Türkiyə Darvini dərsliklərdən çıxartdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.