73 nəfər saxlanıldı – Qanunsuz ov ediblər

>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, ölkə ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

Bunu da oxuyun

Nazirliyin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, bu ilin 7 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 nəfər saxlanılaraq onlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 64 nəfərə 62600 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 baş qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 baş Dağıstan turunun, Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 baş qonur ayının və 3 baş ceyranın, Şamaxı rayonu “Sevinc” istirahət mərkəzində 2 ədəd şahin və 1 ədəd qırqovul quşlarının, Quba rayonunda 1 ədəd qırğı quşunun, Xəzər rayonu Mərdəkan bağ massivində isə 3 ədəd şahin quşunun qanunsuz olaraq təbiətdən götürüldüyü və saxlanıldığı aşkar edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728