"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda nəqliyyatın hərəkəti DƏYİŞDİRİLƏCƏK

15 Mart 2017 - 18:29
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 “Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov deyib.

Onun sözlərinə görə, atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirməkdir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, oyunlar zamanı yarış məkanlarının bilavasitə ətrafında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonası yaradılacaq ki, bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq. “İstisna olaraq, yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası, AZAL Arena, Tennis Akademiyasının ərazisində sakinlərin yaşadığını və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq onların bu ərazilərə girişini təmin etmək üçün giriş və çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb. İcazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcək. Bunun üçün sözügedən yarış məkanlarının ətrafında tətbiq olunacaq Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində 14 mart – 31 mart tarixləri ərzində qeydiyyatdan keçməlidirlər”, – deyə K.Əliyev qeyd edib.

Eyni zamanda, oyunlar zamanı bütün yarış məkanlarının ətrafında nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyətlər qoyulacaq: “Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılacaq. Ümumilikdə Nəqliyyatın Hərəkətinə və Parklanmaya Nəzarət Zonaları 1-25 may tarixlərində fəaliyyət göstərəcək və bu müddət ərzində şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”.(APA)

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli İnsanov və İlqar Məmmədov sabah azadlıqda ola bilər

Next Post

25 yaşlı qız qayçı ilə özünü yaraladı – Bakıda

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

25 yaşlı qız qayçı ilə özünü yaraladı - Bakıda

Moqrdakı görüntü dəhşətə saldı: Cəsədlərin olduğu otaqdan...-VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.