Məşhur sirli qırmızı düymənin nə işə yaradığı bilindi
ABŞ prezidenti Donald Trampın Ağ Evdəki oval otağında yerləşən iş stolunun üstündəki qırmızı düymənin nə işə yaradığı məlum olub.
İstiPress-in məlumatına görə, Associated Press-in əməkdaşı Julian Pace Trampın otağından reportaj hazırlayıb.
Qırmızı düymə barəsində çox şayiələr gəzirdi. Hətta bildirilirdi ki, Tramp qırmızı düyməni sıxmaqla nüvə silahlarını işə salır.
Lakin hər şey çox bəsit imiş. J.Pace xəbər verir ki, prezident məşhur qırmızı düyməni sıxanda Ağ Evin gözətçisi otağa kola içkisi gətirir.
Qırmızı düymə xidməti əvvəlki prezidentlərin də dönəmində olub.



