“Kurtlar Vadisi” qayıdır

Bunu da oxuyun

"Kurtlar Vadisi Pusu"nun yayıma başlayacağı tarix və yeni kanalı
Bu mövsüm yayımlanmayan “Kurtlar Vadisi Pusu” serialından xəbər var.

Uzun illərdir reytinq rekordları qıran serialın efirə qayıtmağa hazırlaşdığı iddia olunur.

Məlumata görə, “Kurtlar Vadisi Pusu” sentyabr ayının əvvəlindən yayıma başlayacaq. Show TV, Star TV, TNT, ATV və Kanal D-də yayımlanmış serial yeni kanala keçir. İddia olunur ki, “Kurtlar Vadisi Pusu” həftənin cümə günləri TRT 1-də efirə çıxacaq.

Qeyd edək ki, ötən ilin 15 iyulundakı uğursuz çevriliş cəhdindən sonra “Kurtlar Vadisi Pusu” ilə bağlı müxtəlif məlumatlar yayılmağa başlamışdı. Bildirilirdi ki, “Pana Film” rəhbərliyi çevriliş cəhdindən bir müddət əvvəl “Kurtlar Vadisi Darbe” filminin patent hüququnu alıb. Buna görə də şirkət rəhbərliyinin çevriliş cəhdindən xəbərdər olduğu bildirilir. Hətta “Pana Film”lə bağlı istintaq da başlamışdı. Artıq istintaq yekunlaşıb və şirkət rəhbərliyinin günahsız olduğu ortaya çıxıb. Bu günlərdə “Pana Film” “Kurtlar Vadisi Vatan” filmini çəkir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728