
Çexiyanın paytaxtı Prqada azərbaycanlı iş adamı Rəşad Qafarov qətlə yetirilib.
Bu barədə Çexiyanın “Nova TV” telekanalı məlumat yayıb.
Hadisə iyunun 29-da günorta vaxtı baş verib. Rəşad Qafarovun meyiti maşınında tapılıb. Onun üzərində bıçaq xəsarətləri olub.
Qeyd edək ki, Rəşad Qafarov “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri idi. 2008-ci ildə yaradılan şirkət hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir. (Qaynarinfo)




