Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü İlqar Almazovun cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib. Məhkəməyə baxış yanvarın 26-a təyin edilib.
Qeyd edək ki, İlqar Almazov 1996-cı ildə həyat yoldaşı Olqa Almazovanın yaxın rəfiqəsi olan Məlahət Qurbanovun etibarını qazanaraq, biznes qurucağı adı ilə ondan 60.000 ABŞ dolları alıb, amma qaytarmayıb. M. Qurbanova bununla bağlı polis orqanlarına məlumat verib. Bundan sonra İlqar Almazov 2001-ci ildə tanışı olan Səidə Məmmədovadan mebel alacağı adı ilə 5000 ABŞ dolları alaraq dələduzluq edib. 9 il müddətində istintaqdan yayınan İlqar Almazov 2014-ci il sentyabr 9-da özü könüllü olaraq polis orqanlarına təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 178.3.2 -ci maddələri ilə cinayət işi açılıb.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...



