"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda “Halal” hotellərə bağlı yeni tələblər

14 Dekabr 2017 - 10:00
in CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Halal idarəetmə sistemi – Hotellər” adlı dövlət standartı layihəsi hazırlanıb.

Elchi.az xəbər verir ki, layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, yeni standartlar halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçün “Halal İdarə Sistemi”ni əhatə edir.

R.Səfərovun sözlərinə görə, layihədə halal xidmət verən mehmanxanalara ümumi tələblər qoyulub: “Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn hərəkətlər (reklamlar, kampaniyalar, qiymətlər, xidmətlər, fəaliyyətlər və s.) edilməməli, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməli, sui-istifadə edilməməlidir. Bundan başqa, müştəri şikayətlərinin toplanması, yoxlanması, qiymətləndirilməsi və təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirilməlidir. Xüsusilə islami həssaslıqlarla əlaqədar şikayətlərə sürətli baxılmalıdır”.

Layihə müəllifi əlavə edib ki, mehmanxanalarda halal yemək və içkilərin hazırlanma və təqdim edilmə qaydaları AZS 294-2007-yə uyğun olmalıdır: “Sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır. Qida xammalı və qida məhsullarının qəbulu, emalı, saxlanılması və paylanması zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl edilməli, keyfiyyətinini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədləri olmayan qida məhsullarının istifadəsinə yol verilməməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Hamam, tualet və duşlarda olan sabun, şampun və s. təmizlik vəsaitləri TSE K 202 meyarlarında göstərilən şərtlərə cavab verməlidir. Bununla yanaşı, hər hansı bir formada təqdim edilən qidaların hazırlanması, istifadəsi, daşınması və saxlanılması zamanı onların halal olmayan məhsullara təmasda olmamasına zəmanət verilməlidir”.

R.Səfərov bildirib ki, bu standartla müəyyən edilən qaydalar subpodrat firma vasitəsilə təqdim edilən xidmətlər (spa, tibb məntəqəsi, dükan, bərbər və s.) üçün də etibarlıdır.

Onun sözlərinə görə, mehmanxananın ümumi istifadə edilən kişi və qadın tualetlərində həm normal (Avropa tipli) unitaz, həm də döşəmə (şərq tipli) unitazı olmalı, tualetin kabin arası bölmələri döşəmədən başlayaraq boşluqsuz bağlı olmalıdır: “Kişi və qadın üzmə hovuzu ayrı olmalı, açıq və ya qapalı üzmə hovuzları yeganə olduqda kişi-qadın növbəsi müəyyən edilərək istifadə edilməlidir. Kişi və qadınlar üçün ayrıca yaradılmış hovuzlara gözlənilməz girişlərin qarşısını almaq məqsədi ilə tədbirlər görülməli, 6 yaşdan yuxarı uşaqlar barəsində həmcins ayrı-seçkiliyinə riayət edilməlidir”.

R.Səfərov qeyd edib ki, məhrəm bölgələrdə (otaqlar, tualet, duş yeri, hovuzlar, hamam, masaj salonları, soyunma otaqları və s.) video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməli, qarşı cins işçilərin girişinin qarşısı alınmalıdır: “Kişi və qadınlar üçün bərbər, spa və masaj xidmətləri (əgər varsa) ayrı olmalı və ya xidmətlər fərqli zamanlarda yerinə yetirilməli, bu xidmətlər eyni cinsdən olan işçilər tərəfindən təqdim edilməlidir. İslami dəyərlərə uyğun xidmət verilməlidir. Əyləncə proqramlarında iştirak etmək üçün xaricdən gələn sənətçilərin İslam əxlaqına zidd hərəkət etməmələri mövzusunda lazımlı tədbirlər görülməlidir. Mehmanxanada olan vizual məlumatlar (reklam, afişa, baner və s.) İslam əxlaqına zidd olmamalıdır. Mehmanxanada ən az bir ədəd oxuma salonu olmalı və kitabxanasında olan dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tövsiyə edilmiş olmalıdır. “Qurani Kərim”in tərcüməsi və təfsiri kitabları kifayət qədər olmalıdır”.

R.Səfərov əlavə edib ki, mehmanxanada foto xidməti göstərildiyi halda şəxslərin məhrəmiyyətinə hörmət edilməlidir: “Şəkillər ən gec 3 həftə sonra məhv edilməli, fərqli bir məqsəd üçün istifadə edilməməlidir. Ödənişli televiziya proqramlarında İslam əxlaqına zidd yayımlar olmamalıdır, internetlə təchiz edilən mehmanxanalarda ailə filtri (valideyn nəzarəti) tətbiq olunmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır”.

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu – Sən demə…

Next Post

Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

Ermənilər atəşkəs rejimini 127 dəfə pozdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.