
Bakının Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Elchi.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, – deyə məlumatda qeyd edilib.





