Ötən gün 3 yol qəzası qeydə alınıb – Ölənlər var

>

 

Bunu da oxuyun

Ötən gün, yanvarın 24-də respublikanın daxili işlər orqanları 111 cinayət faktı qeydə alıb, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728