"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ kəşfiyyatından mesaj: Ermənistan dağıla bilər

16 Fevral 2018 - 10:17
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET


 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Son zamanlar Amerikanın Ermənistana münasibəti kəskin surətdə dəyişir.

Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Ermənistanın Rusiya ilə yaxın əlaqələri Amerikanı bezdirib:

“ABŞ bundan əvvəl həm Dağlıq Qarabağa, həm də Ermənistana yardım ayırırdı. Ancaq Azərbaycanın etirazından sonra Dağlıq Qarabağa yardımı dayandırdılar. Ermənistana ayrılan maliyyə yardımları isə hər il bir az azaldılır. Gələn il üçün də bu illə müqayisədə daha az yardım nəzərdə tutulub, hərbi yadım isə ümumiyyətlə dayandırılacaq. Bu proses üç il bundan əvvəl başlayıb və indi də davam edir. Ümumiyyətlə, gələcəkdə Ermənistana maliyyə yardımının dayandırılması ehtimalı böyükdür. ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı siyasətində ən təhlükəli ölkə olaraq Ermənistanı görür və İrəvanın Moskva ilə əlaqələrinin bu şəkildə olması Vaşinqtonu qane etmir. Çünki Ermənistan həm forpost, həm də Rusiyanın adi bir quberniyası kimi Kremllə həddindən artıq yaxınlıq nümayiş etdirir. Amerikanın Ermənistandakı səfiri də bəyan edib ki, Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün şirkətlərə sanksiyalar tətbiq ediləcək. Bu açıqlamanın xüsusi mənası ondan ibarətdir ki, ABŞ diplomatik formada Ermənistana xəbərdarlıq edir. Çünki son 10 ildə Rusiya Ermənistana 5 milyard məbləğində pulsuz silah verib. Bunu Amerika kəşfiyyatı yaxşı bilir. Bu nöqteyi-nəzərdən ABŞ, bir növ, Ermənistana üstüörtülü şəkildə Rusiya ilə əlaqələri minimuma endirməyi, əks təqdirdə İrəvanın sanksiyalarla üzləşəcəyinə eyham vurur”.

Politoloq qeyd edib ki, Amerikadakı erməni lobbisi də bu məsələdə Ermənistanı ciddi surətdə qınayır:

“Ermənistan ABŞ-ın siyahısında cəzalandırılmağa namizəd olan ölkələrdən biridir. Bununla yanaşı, iki ölkə arasındakı münasibətlər də qaydasında deyil və getdikcə pisləşməyə davam edir. Ermənistanın Maliyyə naziri Vardan Aramyan da bildirib ki, ölkəsinə qarşı sanksiyalar riski mövcuddur. Ancaq İrəvanın başqa yolu yoxdur, Rusiya ilə əlaqələri kəsə bilməz. Onda Ermənistan dağılar, ermənilər isə acından qırılarlar. Rusiyanın strateji müttəfiqi ABŞ-ın bu xəbərdarlığı qarşısında acizdir və manevretmə imkanı yoxdur. Ona görə də işğalçıya qarşı sanksiyaların tətbiq edilməsi imkanı kifayət qədər realdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib.

ABŞ-ın büdcə layihəsinə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən 600 min dollar azdır.

ABŞ həmçinin Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər atəşkəs rejimini 123 dəfə pozublar

Next Post

Fazil Məmmədov adamlarını ələ verməyə başladı – sensasion gəlişmə

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Fazil Məmmədov adamlarını ələ verməyə başladı – sensasion gəlişmə

Fazil Məmmədov adamlarını ələ verməyə başladı - sensasion gəlişmə

AMEA-da maaşı artırılacaq işçilərin sayı dəqiqləşdirildi

AMEA-da maaşı artırılacaq işçilərin sayı dəqiqləşdirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.