Ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı

Bunu da oxuyun

1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 3 nəfər xəstəlikdən ölüb.

“Report” xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Belə ki, dispanserdə müalicə olunan 1939-cu il təvəllüdlü Pariyoviç Ramala Aleksandrovna fevralın 12-də, 1972-ci il təvəllüdlü Salmanov Elşad Arzu oğlu fevralın 14-də və 1986-cı il təvəllüdlü İsmayılov Eldəniz Asif oğlu fevralın 15-də dünyasını dəyişib. Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hər üç ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728