"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İş, məşuqə, dəfn…

26 Fevral 2018 - 09:00
in aktual-banner, Banner, Cebhe-banner, KÖŞƏ YAZILARI, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Qısaca, özətini yazacam 2002-ci ildə “Elçi” qəzetində dərc olunan yazımın!

Deməli, belə…
Bir tələbə dostumuzla Moskvada görüşdüm. Elə əziz qarşıladı, elə görüm-baxım elədi, heyrətə gəldim. Soruşdum ki, nə əcəb, sən ki məndən həmişə uzaq qaçırdın, indi gülməşəkərliyim nədən?
Dedi ki, Aydın, bilirsən, mən tələbə yoldaşlarımızın hamısına yaxşı olmuşam, yemək-içmək vermişəm, pul vermişəm, evimdə yatızdırmışam, işə düzəltmişəm, nə desən də, şahidsən də, amma anam öləndə heç kim rayona gəlmək bir yana, heç zəng edib başsağlığı vermədi. Yeganə adamsan ki, zəng etdin, mən qürurla sənin başsağlığını qəbul etdim, məclisdə qohum-əqrəbaya eşitdirdim, tələbə dostum xəbər tutub, dəstəylə gəlmək istəyirlər, sən fərqinə varmadın mən deyəndə ki, yox, sağ olun, 400 kilometr yolu gəlməyin, allah ölənlərinizə rəhmət eləsin, elə bildin başım qaçıb, amma o dəqiqələrdə hamıdan küskünlüyümü sənin zənginə bağışladım, elə hesab elədim ki, anam ölməyib. Yoxsa zəngin olmasaydı, dostlarımı da anamla birgə dəfn edərdim…
Götürüb bu yazını yazdım:

İş…

Dost heç vaxt dostunun işinə göz dikməməlidi. Əgər dostun müdirdisə, dostunu işdən çıxarıb səni onun yerinə qoyurlarsa, imtina elə. Ən azından o dostun evində sənin qabağına xanımı çörək qoyub, balaları üstünə “əmi, dayı” deyib qaçıb. Sən dostunun yerinə keçəndə qadını ona ikrahla, həqarətlə baxar, balaları içindən qırılar!
Elə dost olmuş birisinin çörəyinə nəcis kimi baxmaq lazımdı və adamlar imtina etməlidi ondan!
p.s. bu punkta həmişə əməl etməyi bacarmışam!
p.p.s. dostlarım həmişə əksini etdilər!

Məşuqə

Dost dostun məşuqəsinə tamah salmamalıdı. Çünki məşuqə… kişinin həyatında ən axırıncısıdı. Adamın gözəl anası, bacısı, arvadı, qızı ola bilər. Nəfsinə sahib olmayıb “ən axırıncı”ya tamah salanın nakişiliyi qaçılmazdı.
Eləsinin arvadına dəyməyəsən, yad qızıdı, haqq eləməz, amma eləsinin bakirə qızını gərək barda içirdib “stoykay”a fırlandırasan! Çünki…. ayrı cür ona dəyərin, dostluğun nədənini anlatmaq olmaz!
p.s. bu punkta da həmişə əməl etmişəm. Ən azından iki şahidim var!
p.p.s. dostlarım həmişə əksini etdilər!

Dəfn…

Dostun toyuna getməyə bilərsən.
Ad gününə də həmçinin.
Oğlunun, qızının toyları da üstündə.
Nə bilim, yubiley-filan da diqqətdən yayına bilər. Amma dost dostun hüzrünə, atasınınmı, anasınınmı, qardaşınınmı dəfninə çatdırmadısa da, hüzrünə getmədisə, onun ölməyən dədəsinin, anasının olmayan qəbrinə peşova getmək lazımdı. Üzrlü səbəblər istisnadı.
Dost… ağır gündə sənin çiyninə başını qoyub ağlamaq üçündü. O çiyin yoxdursa… təsəllini hardan alsın? Dostun dilindəki təsəlli itkinin zərbəsini dəf edir! Dostun hüzrdəki iştirakı yas yiyəsini bürüyən vahimənin vəhşətini azaldır! Dostun hüzrdə iştirakı ata-ananın, qardaşın, bacının itkisinin dəyərini bəlli edir.
İnsanlara dəyərli olduqlarını anlatmaqdan qaçmaq olmaz.
Belə… 
p.s. bu punkta 2012-ci il dekabrın 27-dən əməl etmirəm! Mən dostlarımı itirmişdim! Dostum qalmamışdı! Dost kimi qalanların isə hələ ki iştirakıma ehtiyacı yoxdu! Allah mənə dostların itkisini göstərincə, məni yoxluğa aparsın!
p.p.s. Dostlarımın bu punkta əməl edib-etməyəcəyi bəlli deyil!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb – FOTOLAR

Next Post

Xocalı soyqırımından 26 il ötür

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
“Xocalı soyqırımı XX əsrin ən ağır bəşəri faciələrindən biridir” – Əli Həsənov

“Xocalı soyqırımı XX əsrin ən ağır bəşəri faciələrindən biridir” - Əli Həsənov

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.