"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənilər azərbaycanlıların meyitlərini yığıb Xocalıda tonqal qurdular” – Sovet kəşfiyyatçısı

26 Fevral 2018 - 18:07
in HADİSƏ MANŞET

Bunu da oxuyun

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

Ermənilər ruslara məxsus “02-19-MM” nömrəli “KAMAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.

Elchi.az Trend-ə istinadən bildirir ki, bunu sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş, Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik Vladimir Savelyev Xocalıda baş verən hərbi cinayətlər barədə hazırladığı və BMT-yə, Avropa Şurasına təqdim etdiyi “Məxfi arayış”ında qeyd edib.

Polkovnik V.Savelyev xatırladır: “Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm: 1. Polkovnik B.Baymukov – arxa cəbhə üzrə alay komandirinin müavini; 2. Polkovnik İ.V.Moiseyev – birinci batalyonun komandiri; 3. Mayor S.İ.Ohanyan – ikinci batalyonun komandiri; 4. Mayor E.A.Nabokix – üçüncü batalyonun komandiri; 5. Mayor V.İ.Çitçiyan – birinci batalyonun qərargah rəisi; 6. Mayor V.Q.Hayriyan – alayın kəşfiyyat rəisi; 7. Baş leytenant O.V.Mirzaxayzarov – rota komandiri; 8. Baş leytenant S.V.Xrinxua- kəşfiyyat bölməsinin rəisi; 9. Baş leytenant V.N.Qarmaş – tank rotası komandiri; 10. Baş leytenant N.T.Hakopyan – rota komandiri; 11. Baş leytenant V.İ.Valilovski – rota komandiri; 12. Baş leytenant A.B.Lısenko – bölmə komandiri; 13. Baş leytenant V.A.Azarov – batareya komandiri; 14. Baş leytenant İ.S.Abraimov – tank əleyhinə batareya komandiri; 15. Leytenant O.V.Balezni – üçüncü tank rotasının komandiri; 16. Leytenant A.V.Smakin – tank bölməsinin komandiri; 17. Leytenant S.İ.Raçkovski – mühəndis-istehkam rotası komandiri; 18. Leytenant V.İ.Bondaryev – kəşfiyyat rəisinin müavini; 19. Leytenant A.İ.Kulov – radiokimyəvi bölmənin rəisi; (eləcə də 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər)”.

V.Savelyev qeyd edib ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da polkovnik İvan Moiseyevin batalyonu olub. Bu batalyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb: “Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir” – MTRŞ sədri

Next Post

Saakaşvilinin xanımı Bakıya gəlir

Bənzər yazılar

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

20 Dekabr 2023 - 09:30

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası...

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

23 Noyabr 2023 - 09:45

Bakıda inşaat materialları bazarı yanır. Elchi.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı...

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

19 Oktyabr 2023 - 15:56

Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri "Telegram"da məlumat yayıb....

Next Post
Saakaşvilinin xanımı Bakıya gəlir

Saakaşvilinin xanımı Bakıya gəlir

Binəli Yıldırım və Çavuşoğlu Azərbaycana gələcək

Binəli Yıldırım və Çavuşoğlu Azərbaycana gələcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.