"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səbailin İcra Hakimiyyətindən sakinlərə sərt İTTİHAM: “Hələ bir narazılıq da edirlər?!”

27 Fevral 2018 - 17:30
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətçidir.

Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Modern.az-a iddialarla razılaşmadığını bildirib:

“Orada yaşayan sakinlərin heç birinin qeydiyyatı olmayıb. Evlərin hamısı qeyri-qanuni tikilib. Dövlət onları kirayə haqqı ilə təmin edərək, təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Hələ narazılıq da edirlər?! Onların heç biri Səbail rayonun sakini deyil. Müxtəlif rayon sakinləri və məcburi köçkünlərdir. Hətta aralarında başqa yerlərdə mənzilləri olanlar da var. Onu da bildirim ki, kirayə haqlarını rayon İcra Hakimiyyəti müəyyən etmir, normativlərə uyğun olaraq Nazirlər Kabineti müəyyən edir. Biz sadəcə icraçı qurumuq. Ailə tərkibi 1-5 olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8 və daha çox olanlara 300 manat məbləğində 11 aylıq kirayə haqqı müəyyən edilib”.

İ.Kərimov bildirib ki, Bayıl ərazisində kirayə haqqı 100-150 manatadır:

“Həm də məcburi deyil ki, hamı Bayılda kirayəyə ev tutsun. Bakının 12 rayonu var, hansı onlara uyğundursa, orada da qala bilərlər. Biz buna etiraz etmirik, edə də bilmərik”.

İcra Hakimiyyəti rəsmisi bəzi vətəndaşların kirayə haqqını almaqdan imtina etməsi məsələsinə də aydınlıq gətirib:

“Axı kim verilən puldan imtina edər? İmtina ediblərsə, demək qalmağa yerləri var. Heç kim də imtina etməyib”.

İ.Kərimov vətəndaşların daha çox kirayə haqqı almaq üçün fırıldağa əl atdıqlarını deyib:

“Bayıl yamacında sürüşmə nəticəsində 163 nömrəli məktəbdə müvəqqəti məskunlaşan 67 evin sahibinə kirayə pulu ödənilib. İlk dəfə siyahıya alınma zamanı ailə tərkibi 3-4 nəfər olanlar 3 gün sonra gəldi ki, ailədə 8 nəfərik. Qohum-əqrəbada adam qoymayıblar, üstlərinə yazdırıblar ki, guya hamısı burda yaşayırmış. İnanın elə çətinliklərlə qarşılaşırıq, dilə gətiriləsi deyil”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya daha qar yağmayacaq? – Coğrafiya İnstitutundan açıqlama

Next Post

“Marşrut avtobuslarının 50%-i texniki baxımdan yararsızdır” – Bakı Nəqliyyat Agentliyi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Marşrut avtobuslarının 50%-i texniki baxımdan yararsızdır” – Bakı Nəqliyyat Agentliyi

“Marşrut avtobuslarının 50%-i texniki baxımdan yararsızdır” - Bakı Nəqliyyat Agentliyi

Azərbaycandan Moldovaya narkotik daşınıb? – Komitədən AÇIQLAMA

Azərbaycandan Moldovaya narkotik daşınıb? - Komitədən AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.