AXCP ilə Müsavat arasında mitinq qalmaqalı

>

Bunu da oxuyun

Müsavat Partiyası ilə AXCP arasında birgə mitinq müzakirələrinin ilk raundunda tərəflər arasında qalmaqal baş verib.

Elchi.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, müzakirələrin ilk anındaca iki qurum arasında narazılıqlar baş qaldırıb. Qəzet yazır: “Narazılığa səbəb isə Əli Kərimlinin növbəti dəfə birliyə qarşı fəaliyyətinin olduğu deyilir. Belə ki, müzakirələr başlayar-başlamaz məlum olub ki, AXCP sədri hələ günlər öncə Bakı Şəhər İcra Hakimiyyətinə martın 4-də aksiya keçirmək üçün müraciət ünvanlayıb. BŞİH isə Milli Şuranın aksiyasına martın 3-nə icazə verib. AXCP sədrinin gizli mitinq hazırlığı isə martın 1-də üzə çıxıb. Müsavat nümayəndələri ilə birlikdə Milli Şura üzvləri BŞİH-ə müraciət edərkən bilinib ki, Ə.Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş. Mənbə bildirir ki, bu, Müsavat Partiyasının ciddi narazılığına səbəb olub”.

Qəzetin məlumatına görə, Müsavat və Milli Şuranın birgə mitinq keçirmələri artıq sual altına düşüb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728