"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artıb

14 Mart 2018 - 12:45
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Ölkəmizdə turizm sahəsinin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti son illərdə öz bəhrəsini verməkdədir.

Mədəniyyət və Turizm Nazirliyindən  verilən məlumata görə, turistlərin rahatlığı üçün müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axınının artması, təbii olaraq, ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70% artım deməkdir.

Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, dekabr və noyabr ayları seçilsə də, 2017-ci ildə avqust, iyul və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul, avqust və sentyabr aylarında gələnlərdir.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı da son illər ərzində xeyli artıb. Turizm sahəsinin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar ötən ildə bu cür müəssisələrin sayı 100% dən çox artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub.

Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə – 2,7 milyon nəfərə çatıb.

Belə yüksək artımın əldə olunmasında 2017-ci ildə ölkəmizdə turizm sahəsində həyata keçirilən tədbirlərin mühüm rolu olub.

Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi hesabata əsasən, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Ölkəyə gələn xarici vətəndaşlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Mövcud göstəricilərə əsasən, mart, iyun, iyul, avqust və sentyabr ayları gələn xarici ziyarətçilərin sayı baxımından daha aktiv aylar olub. Digər tərəfdən, yanvar, fevral və aprel ayları daha aşağı göstəricilərlə yadda qalıb.

2017-ci ildə ölkəmizdə turizm üçün xarakterik sahələrdə çalışan işçilərin sayı 54 600, bu sahə üzrə qoyulan investisiyaların həcmi 91 milyon manat, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 18 700, sözügedən obyektlərdə oturacaq yerlərinin sayı isə 711 mini ötüb.

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayır. Turistlərə göstərilən xidmətlərin çeşidinin və səviyyəsinin artırılması istiqamətində müvafiq işlər həyata keçirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Radiolarla bağlı monitorinqlər başa çatdı – Verilişə zəng edən dinləyicilər ələ salınır

Next Post

Məşhur alim vəfat etdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Məşhur alim vəfat etdi

Məşhur alim vəfat etdi

Vergilər Nazirliyi sahibkarlara vaxt verdi – Tam şəffaf fəaliyyət göstərmək üçün

Vergilər Nazirliyi sahibkarlara vaxt verdi – Tam şəffaf fəaliyyət göstərmək üçün

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.