"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa passportunu əxlaqa və şərəfə dəyişənlər fəsiləsi

27 Mart 2018 - 11:05
in CƏMİYYƏT

Avropa passportunu əxlaqa və şərəfə dəyişənlər fəsiləsi

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Son zamanlar, xüsusən prezident seçkiləri ərəfəsində bəzi “həmvətənlərimiz”in sosial məkanda sözün əsil mənasında aktivliyi və canfəşanlığı diqqətdən yayınmır.

Ya çənəsinə, dilinə güc verib söyüş söyənlər, prezidentə, onun ailəsinə qarşı açıq təhqirə yol verənlər, yada şəkillərdən heyif çıxmağa çalışanlar görəsən nə etmək istəyir, nəyə, yaxud kimə xidmət göstərir? İnsan adlandırmağın belə günaholduğu bu adamcıqlar doğrudanmı elə düşünürlər ki, onlara baxanlar (özlərinin iddiaetdikləri kimi hər videoya 70 min adam baxır) bugülünc şounu dəstəkləyənlərdir? Əvvəla, “baxmaq heç də bəyənmək anlamına gəlmir” kəlamının nə dərəcədə doğru olduğunu artıq 10 yaşımdan dərk etmişəm. Qonşumuz Kolya dayı hər gün içib evinin pillləkənlərini sürünərək qalxanda və hər hərəkətində insanın meymundan yalnız şüuruna görə fərqləndiyini əyani şəkildə sübut edəndə biz də baxır, əylənirdik. Amma ürəyimizdə yalnız bir hissvardı – acı təəssüf hissi. Bu gün də özünüazərbaycanlı adlandırıb meydanda sözün əsil mənasında meymunluq edən, bununla damillətinin və xaqının təəssübünü çəkdiyini bar – bar bağırıb ucuz şou düzəldənlərə etiraf edək ki, adamın yazığı gəlir.

Əvvəla ona görə ki, qanacaq və mərifət yaxşı keyfiyyətlərdir və bu keyfiyyətləri nəyin bahasına olursa – olsun ayaqlar altına atmaq, tapdalamaqolmaz. Hətta, sizə bunun müqabilində Avropadayaşamaq, vətəndaşlıq almaq, bir sözlə, avropalı olmaq vədi verilirsə… Yox əgər əxlaqı, mərifəti, adi ədəb qaydalarını, ümumiyyətlə, kişi adına yaraşmayan hərəkətləri yalnız maraqlardagörürsünüzsə, o zaman yazıqlar olsun. Görünürsiz uşaqlıqdan bu cür dəyərlərdən, ilk növbədə ailə dəyərlərindən məhrum olmusunuz. Bu cürəxlaq, mərifətlə isə nə vətəndaş olmaq, nə ailəsinə, nə də xalqına yaramaq mümkündür. Belə olan halda hər bir fərd yalnız və yalnız YARAMAZA çevrilir ki, bunu da sizinhərəkətinizdən, düşüncələrinizdən və aparıdığınız çirkin qarayaxmakampaniyalarından tam aydın görmək mümkündür.

Ailə dəyərlərinə gəlincə, əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı ailəsində körpəyə hələ uşaqlıqdan bu fikirlər aşılanır:

1. Ailə müqəddəsdir. Öz ailəsinə, konkret olaraqanasına, atasına, bacısına hörmət edən kəs başqasını söyməz. Çünki ahıl insanların yaxşı sözü var: “Söyüş iki başlı olar”.

2. Mübarizəni kişi kimi apararlar.

3. Bir vəfat etmiş insanın ruhuna, bir ahıl insana, bir də xanıma ehtiramla yanaş…

Əgər kimsə bu dəyərlərdən məhrumdursa onun düşdüyü durum Kolya dayının vəziyyətindən də ağırdır. Əlbəttə, hər kəs öz həyatının sahibidirvə görünən odur ki, Avropaya yağlı tikə dalıncagedən, yaxud artıq Avropada olub sahibinə nədərəcədə etibarlı olduğunu sübut etməyəçalışan kəslər digər dəyərlərlə yanaşı, bumissiyanı da ucuzlaşdırıblar. Bu həyatda nələr görmədik ki… Qoca Qitəyə ayaq basmaqnaminə müxalifətin mitinqlərinə qatılmaq da, hətta başını yarıb və ya üz-gözünü cırıb şəkil çəkdirərək günahı polisin üzərinə atmaq da(inanın, belələrini şəxsən tanıyıram), müxtəlif yollarla internet kanallarına yol tapıb müxalifyönümlü jurnalist imici qazanmaq da, yaxudözünü bloqqer kimi təqdim edib qəhrəman obrazı yaratmaq, hətta cinsindən belə imtinaetmək də təcrübədə var. Amma Avropapassportunu açıq şəkildə, utanmadan və bunuAvropa küçələrində bağıraraq şərəfə, mənliyə, əxlaqa dəyişmək ənənəsi artıq yeni taktikadır. Hər halda, bizim “vətənpərvərlər” üçün. Bütündəyərlərdən məhrum olan həmin kəslər görəsən bu taktikanı daha nə ilə əvəz edəcək?…

P.S. Bu yaxınlarda həmin “vətənpərvərlər” birinin Avropanın hansısa küçəsinə şəkil yapışdıraraq şərh etdiyi videonu izləyirdim. Videoda qəhrəmanlıqdan, xalqdan, millətdən danışan bu kəs kənardan keçən və ona türkdilində “məni çəkmə” deyə xahiş edən xanımın üzərinə “get işinlə məşğul ol”, “get burdan”, “harda dəli var gəlib bizi tapır” deyərək ucadanqışqırır. Əminəm ki, xanım növbəti dəfə özetirazını bildirsəydi, “qəhrəmanımız”dan yaxşıca kötək yeyəcəkdi. Deməli, bu yanaşma yalnız bizə qarşı deyil. Beyinlə, düşüncə ilə, psixolojidurumla, bir də səviyyə ilə bağlıdır. Hər halda, avropalı mütəxəssislərin hər millətdən olan bucür kəsləri necə ustalıqla axtarıb tapması və daha sonra onlardan istədiyi formada yararlanabilməsi bacarığı da bu məqamda etirafolunmalıdır. Necə deyərlər, avropasayağı demokratiyanın elə avropasayağı “qurucuları” və ya ünsürləri də belə olmalıdır. Odur kl, bu kəsləri Azərbaycan dövlətinin və xalqının deyil, məhz Avropa mühitinin və Avropa “demokratlarının” cücərtiləri adlandırsaq daha düzgün olar…

 

Filologiya elmləri doktoru, telejurnalist Rövşən Raqifoğlu

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Jurnalistin evi qarət olundu – 1800 manat apardılar

Next Post

BAXCP sədri vətəndaş cəmiyyəti quruculuğundan danışıb – VİDEO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
BAXCP sədri vətəndaş cəmiyyəti quruculuğundan danışıb – VİDEO

BAXCP sədri vətəndaş cəmiyyəti quruculuğundan danışıb - VİDEO

​ Bayram günlərində 16 nəfər yol qəzasında ölüb

​ Bayram günlərində 16 nəfər yol qəzasında ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.