
Aslan İsmayılovun obyektiv.tv internet televiziyasında BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun müavini Niyaməddin Orduxanlının ünvanına təhqir dolu çıxışlarına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı özünün facebook səhifəsində cavab verib. Elchi.az saytı Niyaməddin Orduxanlının statusunu olduğu kimi təqdim edir: “Aslan İsmayılov niyə bizdən əl çəkmir? Aslan İsmayılov cəmiyyətdə özü ilə bağlı bir obraz yaratmışdı. Əslində Aslanın kim olduğunu hər kəs çox yaxşı bilirdi. Lakin heç kim ona əsl yerini göstərmirdi. Biz isə onun kimliyini hər kəsə tanıtdıq: 1. Aslan İsmayılovun ləyaqətsiz olduğunu bir daha sübut etdik! 2. Aslan İsmayılovun böhtançı olduğunu hər kəsə göstərdik! 3. Aslan İsmayoluvun ikili agent olduğunu hamı gördü! Və bütün bu səbəblərdən o bizdən əl çəkmir… Aslan İsmayılov, davam et…”




