
“Rusiya istehsalı olan “S-400″ zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək”.
Elchi.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.
Onun fikrincə, “S-400″lər ABŞ-ın “Patriot”lərindan daha təsirlidir: “S-400″lərlə Türkiyə ordusu daha güclənəcək”.
Qeyd edək ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan “S-400” zenit-raket kompleksinin Türkiyəyə planlaşdırıldığından daha tez təhvil veriləcəyini bildirmişdi.






