
Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Türkiyə ilə sərhəddə hərbi güclərin artırılacağını bəyan edib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu məqsədlə Egey dənizindəki adaya əlavə hərbi qüvvə göndəriləcək.
O bəyan edib ki, Evrosa rayonuna 7 min hərbçinin göndərilməsi barədə qərar qəbul edilib.
Nazirin sözlərinə görə, bu addım Türkiyə ilə münasibətlərin gərginləşməsi ilə əlaqədar atılır.
Onun sözlərinə görə, ilk öncə sərhədə 3.5 min hərbçi göndəriləcək.




