
Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsidir.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək.





