"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sürüşmə zonasında olan bəzi evlərdə hələ də yaşayış var” – Şamaxı RİH

18 Aprel 2018 - 13:26
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Şamaxı rayonunda sürüşmə zonasında aktivlik hiss olunmur.

Elchi.az  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Dilguşə Məmmədova deyib.

Qurum rəsmisi bildirib ki, həmin ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi baxış keçirib, vəziyyət nəzarətdə saxlanılır:

“Akt tərtib olunub, qəzalı vəziyyətdə olan mənzillərdən ailələr köçürülüb. Rayonda və bir neçə kənddə sürüşməyə meyilli ərazilər var. Məsələn, Meysəri, Muğanlı, İkinci Cabanı, Çaylı kəndlərində, şəhərin ərazisində bir neçə yerdə sürüşmələr olub. Hər kənddə bir neçə evdə çatlar əmələ gəlib, rayon ərazisində qəzalı vəziyyətdə olan evlər var. Bu barədə akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim olunub. Qəzalı vəziyyətdə olduğu üçün evlərindən köçən ailələrin bəzilərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən evlər tikilərək təhvil verilib. Köçürülmə mərhələli həyata keçirilir. Amma çat olan mənzillərdə hələ də yaşayanlar var. Hələlik sürüşmə aktivliyi hiss olunmur. Əgər hər hansı bir aktivlik hiss olunsa, həmin evlərdəki ailələr də başqa əraziyə köçürüləcək”.

D.Məmmədova qeyd edib ki, rayonun “48 a” məhəlləsində də sürüşmədə aktivlik hiss olunmur: “Sonuncu dəfə 7 ev qəzalı vəziyyətdə olduğu üçün ailələr köçürüldü, 5 ev isə qalmaqdadır. Həmin evlərdə çatlar olsa da, təhlükəli deyil. Sürüşmə zonasında qalan 5 evin ikisində yaşayış var, 3 evin isə təmiri başa çatmadığından həmin evlərə köçən yoxdur. Sakinlər torpaq axınının qarşısını almaq üçün tədbirlər görüb. Hələ ki, aktivlik hiss olunmur”.

Qeyd edək ki, Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində – Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb. Ümumilikdə qəsəbədə 100-dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam imzaladı

Next Post

Nazirlər Kabineti istefaya getdi – SİYAHI

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Nazirlər Kabineti istefaya getdi – SİYAHI

Nazirlər Kabineti istefaya getdi - SİYAHI

Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı – VİDEO

Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.