Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb

Bunu da oxuyun

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstandan 1 380 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövründə idxal olunmuş avtomobillərin sayından 5,9 dəfə çoxdur.

Qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 25 mln. 293,5 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 4 dəfədən çox olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin ümumi həcmi 270 mln. 209,3 min dollar təşkil edib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728