"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Cəmiyyətimiz daha çox bu günlə yaşayır”

23 Aprel 2018 - 18:08
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT

<font color=red><b>“Cəmiyyətimiz daha çox bu günlə yaşayır”</b></font>

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Qüdrət Həsənquliyev: “İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər və çox istərdim ki, onların ümidləri özünü doğrultsun”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik

– Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir?

– Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane etdiyini düşünür. Etiraf etmək lazımdır ki, bütün mövcud problemlərə baxmayaraq, xeyli işlər görülüb, əhalinin böyük qisminin sosial vəziyyəti yaxşılaşıb. Bütün bunlar seçkinin nəticələrində özünü göstərdi.

– İnsanlar nədən çəkinirlər ki, müxalifətə ciddi dəstək vermədilər?

– İstənilən dəyişikliyin hakimiyyət boşluğu yarada biləcəyindən çəkinirlər. 1993-cü ildə yaranmış hakimiyyət boşluğu xeyli torpaqlarımızın işğalı ilə nəticələndi. Ölkə hər mənada dağılmaq üzrə idi. Yaxın keçmişdə baş vermiş hadisələr insanları qorxudur. Onlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər. Çox istərdim ki, onların ümidləri özünü doğrultsun.
– Yeni təyin olunmuş Baş nazir həmin islahatları həyata keçirmək gücündədirmi? 
– Sonuncu referendum layihəsi təəssüf ki, nə ictimai müzakirəyə çıxarılmadı, nə də Milli Məclisdə müzakirə olunmadı. Amma o zaman mən söylədim ki, vitse-prezidentlik institutu yaradılırsa Baş nazir vəzifəsi ləğv olunmalıdır. Hazırda bu vəzifə nominal xarekter daşıyır. İqtisadi məsələlərlə Prezidentin iqtisadçı və maliyyəçilərdən ibarət komandası məşğul olur. Novruz Məmmədovun Baş nazir təyinatı ilə xarici siyasətdən uzaqlaşması prezidentə imkan yaradır ki, xarici siyasətin formalaşdırılmasında rol oynayacaq və onun həyata keçirilməsində aktiv iştirak edə biləcək, danışan yox, işləyən birisini özünə xarici məsələlər üzrə köməkçi təyin etsin. Bu həm də ona görə zəruridir ki, Elmar Məmmədyarov xarıci işlər naziri olaraq qalır. Qarabağın azadlığı, ölkəyə xarici sərmayələrin cəlbi ağıllı və cəsarətli xarici siyasətdən çox asılıdır.

– Güclü müxalifətsiz ölkədə sürətli inkişafa nail olmaq mümkündürmü?

– Ölkəmizdə BAXCP kimi sağlam, öz siyasətini inkarçılıq üzərində qurmayan, problemlərin nədən qaynaqlandığını göstərən və həlli yollarını təklif edən, təhqirdən yox, sərt tənqiddən istifadə edən partiya var. Düzdür köhnə stereotipləri tam qıra bilməmişik. Hələ də bir çoxları, əgər hər hansı partiya iqtidarı təhqir edib ağır cinayətlərdə ittiham etmirsə onu real müxalifət saymır. Biz bu istiqamətdə də ciddi işləməkdə davam etməli, konsturiktiv fəaliyyət sərgiləyən sağ mərkəzçi partiyaların birləşməsinə nail olmalıyıq. Hazırda seçkilərdə qalib gəlmək imkanları olmadığından partiyalar birləşmək barədə yox, özlərini cəmiyyətə təqdim etmək barədə düşünürlər. Cəmiyyətimiz daha çox bu günlə yaşayır, vəziyyəti dəyişmək fikrindən çox uzaqdır. İqtidar isə müxalifətin güclənməsinə yol açacaq siyasi islahatlara getmir. Ona görə bir partiyanın güclü rəqiblərsiz fəaliyyətindən doğan dövlət əmlakından səmərəsiz istifadə, məmur özbaşınalığı kimi problemlərə qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Hazırda müxalifətin qarşısında duran əsas vəzifə o olmalıdır ki, proporsional seçki sisteminin bərpasına nail olaq, növbəti parlament seçkilərində konstruktiv müxalifət parlamentdə güclü fraksiya yarada bilsin. Hazırda biz Avropada yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur, heç bir partiya parlament idarəçiliyində iştirak etmir. Bu isə ölkənin sivil dövlətlər arasındakı imicinə və gələcəyinə ciddi zərbədir.

– Son günlər müzakirə olunan bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Necə hesab edirsiniz, Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?

– Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb

Next Post

Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq

Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir – Kreml

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - Kreml

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.