"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının yeni meri o adam olmalıdır… – Deputatlar CAVAB VERDİLƏR

24 Aprel 2018 - 15:11
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda  gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.

Maraqlıdır, Bakı meri necə biri olmalıdır?

Modern.az saytı bu sualla Milli Məclisin deputatlarına müraciət edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli qeyd edib ki, ölkə başçısı  kadrlar seçimində bir neçə önəmli məqamlara diqqət yetirir:

“Birincisi, şəffaflıq, təmizlik, düzlük, halallıq. İkincisi, müasirlik, dünyəvilik, təşəbbüskarlıq, islahatlar. Üçüncüsü, fədakarlıq, gecə-gündüz işləmək. Dördüncüsü isə görülən işlərin fayda verməsi, yəni səmərəlilik.

Kadr özünü işinə həsr etməlidir. Prezidentimiz belə istəyir, belə kadrlar seçir. Düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinə təyin edilən şəxs də dediyim tələblərə cavab verməlidir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, Bakı meri əsasnaməyə əsasən öz işini icra etməlidir:“Bakı Şəhər İcra Hakimiyyəti bu gün dövlət strukturu kimi tanınır.  İcra  orqanlarının özlərinin əsasnaməsi var və orada  merin  görəcəyi işlər əsaslandırılır. Şəhər icra hakimiyyətinin  başçısı hansı səlahiyyətlərə malikdir, onun gördüyü işlər, vəzifəsi, hüquqları – bütün bunlar hamısı həmin əsasnamədə öz əksini tapıb.

Əlbəttə,  Bakı merinin ilk görəcəyi iş şəhərin sosial- iqtisadi problemləri həll etmək, şəhərsalma məsələsi, o cümlədən şəhərin yaşıllaşdırılması, abadlıq işlərinin görülməsidir. Bu baxımdan iqtisadi, sosial, mədəni məsələlər bilavasitə şəhər icra başçısının səlahiyyətlərinə aiddir. Bu işləri Bakı meri, onun komandası həyata keçirməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , deputat Tahir Kərimli  bildirib ki, adətən merlərin seçimi seçkilər vasitəsilə olsa da, Azərbaycanda  Bakı Şəhər İcra Hakimiyyətinin başçısının seçimi təyinat kimi reallaşdırılır:

“Əks halda  mer seçkilərində hər kəs namizədliyini verib özünü sınaya bilərdi. Lakin bizdə  icra hakimiyyətinin başçısını cənab prezident təyin edir. Bu da onun müstəsna səlahiyyətidir. Düşünürəm ki, bundan əvvəlki Bakı meri Hacıbala Abutalıbov  yaradıcı, qurucu  insan idi. Hətta ona nə qədər tənqidlər olsa da, bu işin öhdəsindən xeyli gələ bildi. O, intriqalardan uzaq adam idi. Necə ki, baş nazir dəyişdi və intriqalardan uzaq, qruplaşmara aid olmayan biri bu postu tutdu.  Eləcə də Bakı meriyası üçün də cənab prezident uğurlu seçim edəcək.

Əslində Bakı meri quruculuq işlərini yaxşı bilən, Bakının simasını gözəlləşdirən, onun infrastrukturunu quran, daha çox can yandıran, işi bacaran bir adam olmalıdır. Əlbəttə, bu adamın memar, iqtisadçı olmağı daha yaxşıdır. Amma başqa sənət sahibləri də ola bilər. Hər bir halda Bakıdakı quruculuq işləri davam etdirilməli və yüksək nəticələr əldə olunmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prokuror jurnalistlərin binasından mənzil vəd edən baş redaktora cəza istəyib

Next Post

Ramiz Mehdiyevdən Nazim İbrahimova SƏRT TƏNQİD: “Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Next Post
Ramiz Mehdiyevdən Nazim İbrahimova SƏRT TƏNQİD: “Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb”

Ramiz Mehdiyevdən Nazim İbrahimova SƏRT TƏNQİD: “Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb”

Peyvəndsiz uşaqların xaricə aparılması təhlükəli ola bilər

Peyvəndsiz uşaqların xaricə aparılması təhlükəli ola bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.