Moskvada planlaşdırılan terrorun qarşısı alınıb

>

Bunu da oxuyun

Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD qruplaşmasının “yatmış” yuvasının Moskvada terror aktları planlaşdıran dörd üzvünü həbs edib.

Elchi.az Azərtac-a istinadən xəbər verir ki, Novıy Urenqoy şəhərindən gələn həmin qrup Moskva regionunda rezonans doğuracaq terror aktları seriyası həyata keçirmək niyyətində olub.

Qurumdan bildiriblər ki, ekstremistlərin fəaliyyətinin koordinasiyası Suriya ərazisindən “Telegram” messenceri vasitəsi ilə həyata keçirilirmiş. Federal Təhlükəsizlik Xidmətinin Novıy Urenqoyda keçirdiyi xüsusi əməliyyat nəticəsində hadisə ilə əlaqədar 20 nəfər saxlanılıb.

Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, ötən il ölkə ərazisində 4 terror hadisəsi baş verib, 25 terror cəhdinin qarşısı isə alınıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728