
Elchi.az bildirir ki, bu barədə Report “Unian.net” portalına istinadən xəbər verir.
Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, münaqişə dünən gecə yaranıb. Belə ki, vilayətin Belqorod-Dnestr rayonunda yerləşən restoranlardan birində 6 nəfər gənclə “Kərim” ləqəbli xarici sahibkar arasında söz atışması olub. Bundan sonra “Kərim” tanışlarına bu işlə məşğul olmağı tapşırıb və növbəti səhər həmin o 6 gəncdən biri onlarla yerli bazarın yanında görüşüb.
Təxminən səhər saat 7-də üç nəfər bazara gələrək gənci travmatik silahla vurub, eləcə də soyuq silahdan istifadə edib. Nəticədə gənc döş qəfəsindən iki kəsici-deşici bıçaq yarası və 9 güllə yarası alaraq xəstəxanada ölüb. Şübhəlilər hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olublar.
Amma sonradan Odessa şəhərinin kənarında keçirilən xüsusi əməliyyat çərçivəsində onlar “7-ci km” sənaye malları bazarı ərazsində, gizləndikləri binanın damında saxlanılıblar. Şübhəlilərin hər üçü azərbaycanlıdır.





