"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya Azərbaycanın Çindən silah almasına etiraz edə bilməyəcək…

30 Aprel 2018 - 16:32
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Aprelin 27-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdə olub.

İki ölkənin müdafiə nazirlərinin görüşü olub.

Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair  sənəd imzalanıb.

Maraqlıdır,  Çinlə əməkdaşlıq Azərbaycan üçün niyə vacibdir?

Modern.az-ın məlumatına görə, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müdafiə nazirinin Çinə səfərinin  bir çox aspektdən Azərbaycan üçün vacibliyini vurğulayıb.

“Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir.

Bu baxımdan Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi”

Politoloqun sözlərinə görə, Azərbaycan  Rusiyadan silah və hərbi texnika asılılığını azaltmalıdır.

“Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də biz Çindən silah alsaq Rusiya buna etiraz edə bilməyəcək.

Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz. Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır”.

Elxan şahinoğlu Zakir Həsənovun Çinə səfərinin başqa əhəmiyyətindən də söz açıb.

“Ermənistanda xaosdur, hakimiyyət boşluğudur. Ən çox qorxduqları da Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy daima bu psixoloji təzyiq altında olsunlar. Belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsini aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır.  Belə ki, mesaj veririk ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk və bundan gərəkli nəticə çıxarın!”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Baş nazirin müavinlərinin qəbul günləri açıqlandı – SİYAHI

Next Post

Köçkünlər üçün aylıq müavinətin miqdarı artırıldı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Köçkünlər üçün aylıq müavinətin miqdarı artırıldı

Köçkünlər üçün aylıq müavinətin miqdarı artırıldı

Erməni silahlı bölmələri apreldə atəşkəsi 2 842 dəfə pozub

Erməni silahlı bölmələri apreldə atəşkəsi 2 842 dəfə pozub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.