Üsamə bin Ladenin kürəkəni ABŞ-da ömürlük həbsə məhkum edilib.
Axar.az xəbər verir ki, Əl-Qaidə terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin kürəkəni Süleyman Əbu Qeyt terrorçuluqda ittiham edilərək ömürlük həbs cəzası alıb.
ABŞ-ın Manhetdin şəhərində keçirilən məhkəmədə ittiham edilən Qeyt Küveytdə doğulub və terrorçulara maddi dəstək verməkdə, amerikalıları öldürməkdə günahkar bilinib.
Məhkəmə Qeytin amerikalıları öldürmək üçün əlindən gələn bütün vasitələrdən istifadə edərək Əl-Qaidəyə yardım etdiyini bildirib.



