Vaşinqton ştatının Byurien şəhərinin hakimiyyət orqanları vətəndaşlarda çaşqınlıq yaradan bir
qanun qəbul ediblər.
Axar.az xəbər verir ki, qəbul edilmiş yeni qanuna görə xoşagəlməz iy verən şəhər sakinlərinə ictimai yerlərdə görünmək qadağan edilib. Hökumət orqanlarının fikrincə, bu qanun yerli sakinlərə sakitlik və rahatlıq bəxş edəcək.
Qeyd edək ki, qanuna riayət etməyən şəxsləri pul cəriməsi gözləyir.



