"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cavid Cəfərzadə: “Qarabağ dünənin, bu günün, sabahın problemidir”

05 May 2018 - 08:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Demokratiyanın və Milli Dəyərlərin İctimai Birliyinin ikinci təlimində bu mövzuda danışıldı

 

 

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə “Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda bu gün növbəti təlimini reallaşdırdı.

Təlim Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlandı. İlk söz layıhənin rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərova verildi. Layihə rəhbəri sagirdləri salamladıqdan sonra bir daha layihənin məqsəd və vəzifələri haqqında onlara qısa məlumat verərək bildirdi ki, yasadığımız dövrdə yeniyetmə gənclər arasında sağlam həyat tərzi keçirməyən, təhsildən, eləcə də milli-mənəvi dəyərlərimizdən uzaq düşən kifayət qədər gənclərimiz vardır. Bunun nəticəsidir ki, yetişməkdə olan gənc nəsil arasında vətən sevgisi hissləri çox aşağı səviyyədədir. Onlar Milli Qəhrəmanlarımız, eləcə də 20 Yanvar Şəhidlərimiz haqqında çox səthi biliklərə malikdirlər: “Bir daha bildirirəm ki, bizim layihəmizin əsas mahiyyəti gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, bu imkandan yararlanıb onlara milli ruh – Vətən, 20 Yanvar, Qarabağ şəhidləri, Qarabağ müharibəsi haqqında müfəssəl bilgilər verməkdən ibarətdir. Layihə vətənpərvərlik tərbiyəsinin bütün detallarının geniş ictimaiyyətə təbliğ olunmasından və bu təbliğata maneçilik törədən qeyri-təbii amillərin aradan qaldırılmasından bəhs edir”.

Daha sonra layıhə rəhbəri bildirdi ki, növbəti təlimlərdə Səhidlər Xiyabanına gedib şəhidlərimizin məzarı önündə tədbirimizi davam etdirəcəyik. Sonra layihə rəhbəri sözü təlimçi Cavid Cəfərzadəyə verərək layihənin hədəflərinə çatmaq yönündə onun şagirdləri bilgiləndirməsinə şərait yaratdı. Təlimçi uşaqlara ötən təlimdə keçdiyi mövzularla əlaqədar yönəldici suallar verərək onların indiyədək mənimsəmiş olduğu bilikləri bir daha möhkəmləndirdi. Suallar təxminən aşağıdakı aspektləri əhatə edirdi: “Vətən hardan başlanır”, “20 Yanvar hadisələri niyə baş verdi”, Xocalı soyqırımının mahiyyətini necə izah edə bilərsiniz” və s. Şagirdlərdən Kamran, Zəhra, Pəri, Cavansir, Nicat, Aydan, Fərid, Şəfa, Əmrah və başqaları müxtəlif cavablarla fikirlərini sərbəst ifadə etməyə çalışırdılar. Daha sonra  təlimçi həmçinin Azərbaycan filmlərindən nümunələr gətirərək bu filmlərin konkret faktlar əsasında ərsəyə gətirildiyini söylədi və Azərbaycan xalqının necə mübariz bir qəhrəman xalq olduğunu təlim iştirakçılarına izah etdi.

Təlim zamanı 20 Yanvar hadisələrindən bəhs edən video-rolik nümayış etdirildi. Sonra qısa müzakirələr aparıldı. Mövzu ilə əlaqədar müxtəlif yönümlü suallar və tapşırıqlarla uşaqlar fikirlərini sərbəst ifadə etdilər. “Fəryad”, “Xoca”, “Babək” , “Dolu” , “ Dədə Qorqud”, “Qanlı Zəmi”, “Babək”  və s. filmlərdən sitatlar gətirildi. Təlimçi yuxarıda sadalanan filmlərdən epizodlar göstərərək filmlərdəki mesajları uşaqlara izah etdi. “Babək” filmində azadlıq sevgisini, “Fəryad” filmində Azərbaycan əsgərinin vüqarını, “Xoca” filmində Xocalı müsibətlərini, “Dolu” filmində rəhm, mərhəmət, elə-obaya sevgi hisslərini, “Dədə Qorqud” filmindən böyük-kiçiyə hörmət, milli birlik, əxlaqi kamillik kimi ideyaları uşaqlara izah etdi. Bununla yanaşı “Qanlı Zəmi” filmində əks olunan Vahid Azərbaycan – o taylı, bu taylı soydaşlarımızın milli birlik sevdası izah olundu. Uşaqlar da filimlərlə bağlı öz fikirlərini izah etməyə çalışdılar. Təlimçinin də koməyi ilə uşaqlara filmlər əhatəli izah olundu.

Müzakirələrdən sonra təlimçi bildirdi ki, Qarabağ dünənin, bu günün, sabahın problemidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onları şəxsiyyətyönümlü bir vətəndaş kimi formalaşmağa sövq edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistan asan olmayan siyasi dönəmi yaşayır” – Zaxarova

Next Post

97 yaşlı Böyük Vətən Müharibəsi əlili: “4 ildir maşın növbəsindəyəm”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
97 yaşlı Böyük Vətən Müharibəsi əlili: “4 ildir maşın növbəsindəyəm”

97 yaşlı Böyük Vətən Müharibəsi əlili: "4 ildir maşın növbəsindəyəm"

Neftin qiyməti 76 dollara yaxınlaşır

Neftin qiyməti 76 dollara yaxınlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.