İki gün ərzində 184 cinayət faktı qeydə alınıb

>

Bunu da oxuyun

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 184 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Elchi.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728