"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

““Qaçqınkom” bəlkə evi 4-5 aya verəcək, ona kimi küçələrdə qalmalıyam?”

07 May 2018 - 11:39
in SOSİAL

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq


Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Əliyevanın mənzil problemi həll olunmadığından, çətin vəziyyətdir.

Elchi.az  xəbər verir ki, Sevinc Əliyeva bununla bağlı  Modern.az  saytına danışıb:

“Bilirsiniz, bizim ailə 1993-cü ildə erməni terroru nəticəsində öz doğma dədə-baba torpaqlarımızdan didərgin düşdü. O vaxtdan ailəmizlə bərabər Sabunçu rayon Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsində məskunlaşmışdıq. Atam – Fərhadov Müqabil Nəci oğlu 2015-ci ildə, anam – Fərhadova Solmaz Dadaş qızı isə 2016-cı ildə dünyasını dəyişdi. Ardınca da qardaşım, tanınmış jurnalist Zabil Müqabiloğlu 2017-ci ildə vəfat etdi. Qardaşım sağlığında “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində çalışıb və gunxeber.com xəbər saytının baş redaktoru olub.

Nəzərinizə çatdırım ki, atam, anam, bacım və qardaşım Sabunçu rayonu Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım.  Həmin ünvandakı mənzilimiz bu il mart ayının 21-də gecə saatlarında (04:00 radələrində) yanıb kül oldu.  Baş verən hadisəyə görə evsiz qaldım. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini də məni qəbul edərək, kömək edəcəyini bildirdi və söz verdi. Həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovla görüşüb. Daha sonra mənə zəng edərək bildirdi ki, komitə məni mənzillə təmin edəcək. Lakin Əli Həsənovun zamanında “Qaçqınkom” mənə vəd etsə də, bunu gerşəkləşdirmədi…”.

S.Əliyeva qeyd edib ki, hazırda kirayə haqqını ödəyə bilmir və çətin vəziyyətdədir:

“Digər tərəfdən hazırda kirayədə qalıram. Düzdür, ilk ay Zəngilan rayon İcra Hakimiyyəti aylıq kirayə haqqımı ödədi və bununla əlaqəli söz də vermişdilər ki, vaxtlı-vaxtında kirayəpulu mənə veriləcək. Buna baxmayaraq  Zəngilan rayon İcra Hakimiyyəti vəd olunan kirayə pulunu vermir. Halbuki, onlar pulu öz şəxsi ciblərindən vermirlər, dövlət bunun üçün büdcə ayırır. İndi bu vəziyyətdə mən nə etməliyəm?! “Qaçqınkom” bəlkə evi 4-5 aya verəcək, o zamana kimi küçələrdə qalmalıyam? Kirayə qaldığım evin sahibi də pul tələb edir, amma ödəyə bilmirəm”.

S.Əliyeva aidiyyatı qurumları onun probleminin həllinə dəstək olmağa çağırıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda sosial mənzillərin satışı başlayır – QİYMƏTLƏR

Next Post

Atmosferdə karbon qazının rekord miqdarı qeydə alınıb – Alimlər danışırlar…

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Atmosferdə karbon qazının rekord miqdarı qeydə alınıb – Alimlər danışırlar…

Atmosferdə karbon qazının rekord miqdarı qeydə alınıb – Alimlər danışırlar…

Çinar ağacını kəsən şəxs 2000 manat cərimələndi

Çinar ağacını kəsən şəxs 2000 manat cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.