Doğuş zamanı daha bir ana ölümü qeydə alınıb. Teleqraf.com-un xəbərinə görə, hadisə ötən gecə Bərdə
rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Belə ki, ikinci uşağını dünyaya gətirmək üçün Bərdə rayon Doğum evinə yerləşdirilən Yevlax şəhər sakini, 25 yaşlı Manafova Aynur Məhərrəm qızı qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Ana dünyasını dəyişsə dəş doğulan uşaq sağ qalıb. Ananın ölüm xəbəri onun yaxınlarına stresS yaşadıb. Ölümün dəqiq hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib. Bərdə rayon prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...



