"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siyavuş Novruzov Obamanı “neprav” çıxartdı

24 Sentyabr 2014 - 14:35
in SİYASƏT

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

36006ANS PRESS-in məlumatına görə, “Qafqazinfo”ya açıqlamasında millət vəkili qeyd edib ki, Obama çıxışından öncə Azərbaycan qanunlarını oxumalı idi: “Birincisi, çıxış etmədən öncə Obama ya özü, ya da köməkçiləri Azərbaycanda qeyri-hökümət təşkilatları haqda qanunları oxumalı idi ki, bilsinlər söhbət nədən gedir. Azərbaycandakı QHT-lər haqdakı qanunlar dünyanın hər bir ölkəsindəki qanunla eynidi. Burad QHT-lərin fəaliyyəti, qeydiyyatdan keçməsi, həyata keçirdikləri layihələr qanunda normal şəkildə öz əksini tapıb. İkincisi, Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir. Yəni, istənilən QHT layihə təqdim edir və QHT-lərə yardım fondundan kifayət qədər maliyyə ayrılır. Biz həmişə şəffaflığın tərəfdarı olmuşuq. Burada isə söhbət o QHT-lərdən gedir ki, qeyri-şəffaf yolla ayrı-ayrı xarici ölkələrdən qrantlar alıb təyinatına uyğun olmayan istifadə edilməsindən gedir. Bütün dünyada da tələb olunur ki, QHT-lər şəffaf olsun”.

YAP funskoneri QHT-lərlə bağlı məsələni aydınlaşdırmaq üçün Gürcüstanı misal çəkib: “Vaxtilə Gürcüstanda Soros Fondu elan etdi ki, qızılgül inqılabını biz maliyyələşdirmişik. Soros Fondu da qeyri-hökümət təşkilatı idi. Bu cür təşkilatlar yerli QHT-ləri maliyyəşdirməklə onları qeyri-qanuni işlərə məcbur edirlər. Bunun şahidi də olduq. Onların arasında erməni lobbisi tərəfindən maliyyələşən QHT rəhbəri müəyyən olunub. Bir çoxu məsuliyyətə cəlb edilib. Obamanın yanlış informasiya ilə çıxış etməsində də erməni lobbisinin rolu var. Obamanın çıxışı Azərbaycanın reallığını əks etdirmir. Ölkədə olmayan, yalan informasiyalar əsasında verilən bəyanatdır. Bunda da erməni lobbisinin və sapı özümüzdən olan baltaların xüsusi rolu var”.

Siyavuş Novruzov deyib ki, Obama özü qarışdırdığı işlərlə məşğul olmalıdır: “Obamanın bu açıqlaması Azərbaycan-ABŞ münasibətlərinə heç bir təsir edə bilməyəcək. Belə bəyanatlar olur. Obamanı hər dəfə məcbur edirlər ki, 24 aprellə bağlı da danışsın. O, “Erməni soyqırımı” ifadəsini işlətməsə də ermənilərin öldürüldüyünü deyir. Amma Türkiyə ilə münasibətlərdə də heç nə dəyişmir. Bu klassik olaraq ABŞ rəhbərlərinin müxtəlif sahələrə diqqət göstərməsidir. Dünyanın bu qədər qlobal problemləri var, Şərq bir tərəfdən, qərb bir tərəfdən qarışıb. Rusiya-Ukrayna münasibətləri, bu tərəfdən İŞİD, o tərəfdən başqası, Obamanı isə Azərbaycandakı QHT-lər maraqlandırır. Hansı ki, o işləri də bunlar qarışdırıb, indi də onların həlli ilə məşğul olmalıdır. Obama həm Ukraynanı, həm də ərəb dünyasın qatıb bir-birinə, indi də terrorçuların öhdəsindən gələ bilmir. Bununla məşğul olmaq əvəzinə gəlib Azəraycanda QHT-lərlə məşğul olur”.

Qeyd edək ki, ABŞ prezidenti Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Azərbaycanla bağlı bu fikirləri səsləndirmişdi: “Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ən şərəfsiz azərbaycanlı həbs olundu!

Next Post

Elariz Məmmədoğu başından böyük yumruğu olan adamı döyübmüş – HAMI İANANSIN!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Elariz Məmmədoğu başından böyük yumruğu olan adamı döyübmüş - HAMI İANANSIN!

Arif Hacılıya da dəstək bəyanatı gəldi -Siyahı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.