
İraq hökuməti PKK terror qruplaşmasının öhdəsindən gələ bilməyəcəyi təqdirdə, Türkiyə bu ölkənin Qəndil, Sincar və Mahmur bölgələrinə zərbə endirəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İraqın şimalında yerləşən Hakurk rayonundakı bir çox obyektlər Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altına keçib və onlar İraq ərazisinin 26-27 km dərinliyinə doğru irəliləyiblər. Nazir qeyd edib ki, onların əsas hədəfi PKK düşərgəsinin yerləşdiyi Qəndil dağları ərazisidir.



