ATƏT nümayəndələri Tərtər rayon İH-də olublar

>

Bunu da oxuyun

Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətində olublar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Tərtər rayon İH başçısı Müstəqim Məmmədovla görüşüblər.

Görüş zamanı M.Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, fevralın 6-dan bu günə kimi Ermənistan silahlı qüvvələri 456 dəfə atəşkəsi pozublar.

Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıb.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcək.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728