"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

27 İyun 2018 - 17:15
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qida Təhlükəsizliyi Agentliyi qeydiyyat və dövlət reyestrinin aparılması qaydaları ilə bağlı sahibkarlara müraciət edib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, Agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.

“Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Hazırda bu istiqamətdə sahibkarlarla maarifləndirmə və təbliğat işləri həyata keçirilir”, deyyə müraciətdə deyilir.

AQTA sahibkarların nəzərinə çatdırır ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək: “Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək”.

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

Qeydiyyat üçün sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

• Ərizə

• Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti

• Vergi ödəyicisi olmasını təsdiq edən uçota alınma haqqında şəhadətnamənin surəti

• Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti

• Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd

• Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti

• Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti

• Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd

AQTA qeyd edib ki, ərizədə qeydiyyata alınan sahibkarlıq subyektinin adı, hüquqi ünvanı və ya qeydiyyat ünvanı, fəaliyyət istiqaməti, qeydiyyata alınan subyektin fəaliyyət istiqamətindən asılı olaraq həmin fəaliyyətin həyata keçirildiyi faktiki ünvanı, VÖEN-i, səlahiyyətli nümayəndəsi (varsa) barədə, habelə işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə, məhsul və ya xidmət haqqında məlumatlar əks olunmalıdır.

Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məhkəmə DTX-nın həbs etdiyi şəxsin vəsatətini təmin edib

Next Post

Hərbi vəziyyət dövründə məlumat və materiallar senzuradan keçiriləcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Hərbi vəziyyət dövründə məlumat və materiallar senzuradan keçiriləcək

Hərbi vəziyyət dövründə məlumat və materiallar senzuradan keçiriləcək

Bakıda 14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət etdi

Bakıda 14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.