Mədəniyyət Nazirliyində yeni təyinatlar

>

Bunu da oxuyun

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları davam edir.

Nazirlikdən  verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728