"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış həkim-loğmanın müəllim nəvəsi – AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

02 İyul 2018 - 12:34
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Əgər bir müəllim olsa bədəsil, Yetişdirə bilməz bəxtiyar nəsil

Sədi Şirazi

Hər kəsin sənət, peşə aləmində öz yolu, öz dünyası var. Hər insan getdiyi həyat yolunda yaxşı əməlləri ilə iz qoymalıdır. İnsanin həyatda qazandiqları həm özünə, həm də başqalarına lazımdır. Hər bir şəxsin fəaliyyəti təkcə özünə deyil, başqalarına da fayda verməlidir. Yalniz öz övladlarının deyil, başqa insanların da tərbiyəçisi olmaqdan, onlara elm oyrətməkdən şərəfli iş yoxdur. Həzrəti Əli Əleyhsalam buyurur: “Kim mənə bir hərf öyrətsə, ona qul olaram”. Həzrəti Məhəmməd (s) isə elm adamına belə yüksək dəyər verir:

“Bir saat elm öyrənmək və öyrətmək yeddi ilin ibadətindən üstündür” Sadə təbiətli, bənzərsiz qəlb sahibi olan insanlar minlərin, milyonların arasında çox az saydadır. Amma cəmiyətin, həyatın belələrinə həmişə ehtiyacı olub və olmaqdadır. Söhbət ömrünü neçə-neçə insanın təlim-tərbiyəsi işinə həsr etmiş, sadə, səmimi, üreyigeniş, əliaçiq insan Ağayev Ağabəy Əhmədəli oğlundan gedir. Ağayev Ağabəy Əhmədəli oğlu 1942- ci il iyun ayinin 20-də Lerik rayonunun Züvüç kəndində əyalətin varlı-karlı ağsaqqallarından biri Əhmədəli kişinin ailəsində dünyaya göz açmışdır. Ağabəy müəllimin ulu babası Ağasuvar dövrünün ən görkəmli həkim-loğmanı olub. Atası Əhmədəli kişi isə yerli hökumət tərəfindən bölgəyə təhkim olunmuş və ərazinin rəsmi şəxsi sayılmış, uzun müddət dövlət işlərində çalişmışdır. Ağabəy müəllim ilk təhsilini Züvüç kənd 7 illik məktəbində alıb və buranı 1956-cı ildə fərqlənmə şəhadətnaməsi ilə bitirib. Həmin ildə Şingədulan kənd orta məktəbinin səkkizinci sinfinə daxil olub,1959 -cu ildə bu məktəbdə orta təhsilini başa vurmuşdur.

1960-cı ildə Lənkəran Pedaqoji texnikumuna qəbul olub, 1962-cı ildə həmin məktəbi fərqlənmə ilə qurtararaq Züvüç kənd 8 illik məktəbinə sinif müəllimi təyin edilmişdir . 1967-ci ildə N.Tusi adına ADPU-nin Fizika-Riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olub, elə həmin ildən də zərurət olduğundan Züçüç kənd məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. 1972-ci ildə ADPU-ni müvəffəqiyətlə bitirmişdi. 1980-ci ildən Kommunist Partiayası sıralarına daxil olmuşdur. Ali Partiya Məktəbini bitirmişdir. Uğurlu və geniş ictimai fəaliyyəti nəzərə alinaraq Səməd Vurğun adına üzümçülük sovxozuna Partiya Komitə katibi təyin edilmiş və 1992-ci ilə qədər bu vəzifədə çalişmışdır. 1992- ci ildə ona yüksək etimad göstərilərək S. Vurğun adına sovxoza direktor təyin olunmuşdur. 1994-cü ildə öz ərizəsinə əsasən işdən çıxaraq Züvüç kənd orta məktəbinə müəllim təyin olunmuşdur. Yenidən öz müəllimlik peşəsinə ürəkdən bağlanmiş, fəaliyyətini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Ağabəy müəllimin yüzlərlə insanin ali təhsil almasında xüsusi fəaliyyəti olmuşdur. Bunlardan biri də pedaqoji elmlər doktoru, professor Əbülfət Qulam oğlu Pələngovdur. Əbülfət müəllim riyaziyyatin ilk sirlərini rayonda yüksək bacarığı, gözəl pedaqoqluğu ilə hörmət qazanan riyaziyyat mülllimi Ağabəy Ağayevdən öyrənmiş, Azərbaycan Respublikası üzrə riyaziyyat olimpiadasının qalibi olmuşdur. Hazırda təqaüdə göndərilən Ağabəy müəllim Əmək veteranı, bir sıra fəxri ad və fərmanlara layiq görülmüşdür. Lerik Rayon Ağsaqqallar Şurasının üzvüdür. Ağabəy Ağayevə – rayonumuzun dəyərli ziyalısına, ağsaqqalına Ulu Tanridan uzun ömür, can sağliği arzu edirik!

Əfran Sucayev

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

Next Post

“Şahdəniz-2” qazının Türkiyəyə nəqlinə başlanıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Şahdəniz-2” qazının Türkiyəyə nəqlinə başlanıb

“Şahdəniz-2” qazının Türkiyəyə nəqlinə başlanıb

Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı qətlə yetirib

Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı qətlə yetirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.