"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abşeronda ŞOK HADİSƏ: Ailəsini qəzada itirən şəxs yasda qohumunu öldürdü – Təfərrüat

04 İyul 2018 - 17:17
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İki yumruqla xalasının ərinin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə ilkin səbəb isə mərhumun yas mərasimində iştirak etməməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Vüqar Hüseynovun qızı və nəvəsi dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şanikovdan yasa niyə gəlmədiyini soruşub. İttihama görə, bu zaman Muğam Şanikov Vüqar Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinin baş nahiyyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da onu həyatını xilas etmək mümkün olmayıb.

Elan olunan ittihamla Vüqar Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə mərhumun hüquqi varisi Zaur Şanikov ifadə verib. Zaur Şakirov mərhumun oğludur. O, Vüqar Hüseynovla qohum olduğunu deyib: “Xalamın oğludur. Vüqarın qızı və nəvəsi rəhmətə gedəndə biz birinci gün yasa gedə bilmədik. Anam əməliyyat olunmuşdu. Amma atam həmin gün yasa getdi. Səhər də biz getdik. Atam yasa gedəndə orda olan qadınlar yüksək səslə ağlayıb. Atam da gedib onlara deyib ki, hadisədir, baş verib, hamının yası olur. Bunu deyəndə atamı ordan qovublar. Sonra Vüqar deyib ki, Şakiri öldürəcəm. Atam da pis oldu ki, axı nə deyib? Xalam da mənə dedi ki, Vüqar deyir ki, Şakiri vurub öıdürəcək”.

Şakirov deyib ki, 2 gün sonra Vüqar atasını görüşə çağırıb: “Atam mənə dedi ki, Vüqar ona zəng edib. Atam 3 mərasiminə gedib. Sonrakı yasa getmədi. Atama deyib ki, sən yasa niyə gəlməmisən? Atam da deyib işim var. Atam dedi ki, Vüqar onu görüşə çağırıb. Həmin gün dayım zəng elədi ki, atamı maşın vurub. Mən də dedim ki, atamı Vüqar vurub. Çünki ondan şünhələnirdim. İlk ağlıma o gəldi. Biz xəstəxanaya getdik. Həkimlər dedi ki, artıq beyninin bir hissəsi işləmir. Hazırlıq görməyimi istədilər. 2 gün sonra atam öldü. Mən morqa getdim. Atamın beyin sümüyü içəri batmışdı. O yumruq zərbəsi ilə dəymiş xəsarət deyildi. Beşbarmaqla vurula bilər. Mən bunu ehtimalla deyirəm”.

Vüqar Hüseynov isə Zaurun yalan danışdığını söyləyib. İfadə verən Vüqar Hüseynov qəzada ailəsinin 5 üzvünü itirdiyini deyib: “Qəza baş verən yerə getdim. Gözümün ağı-qarası bir balamı orda maşında, ayaq altında gördüm. Gecə ilə məscidə getdim. Mən elə bir halda idim ki, gözümə heç nə görünmürdü. Onları dəfn elədim. Çöldə ağlayan qadınlara Muğamın nə dediyini bilmirəm. 40-dan sonra mən Muğamla görüşdüm. 4 cümə axşamında Muğam mənim yanımda olub. Mən sadəcə sözgəlişi Muğamdan səbəbi soruşdum ki, nə deyibsən? Amma o mənə elə cavab verdi ki, dilimə gətirə bilmirəm. Prokurorluqda da nə qədər soruşdularsa, demədim. Deməyəcəm də. Amma onu orda necə vurduğumu xatırlamırdım. Mənə kamera görüntülərini göstərəndə bildim”.

V.Hüseynov mərhumla yaxşı münasibətlərinin olduğunu, heç vaxt problem yaşamadıqlarını deyib: “Mən onun dəfn xərclərini də qarşıladım. Həbs edilənə qədər həkim tapdım, müalicəsinə əlimdən gələni etdim. Dayım dedi ki, ailəsi 50 min istəyir. Əvvəlcə şikayətçi deyildilər. Dedilər ki, bilərəkdən baş verən hadisə deyil. Amma sonradan fikirlərini dəyişdilər. Əmimgil dəfələrlə danışığa gedib”.

Qeyd edək ki, Vüqar Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu ölkə Azərbaycana 4.2 milyon investisiya yatırıb

Next Post

Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? – AÇIQLAMA

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? – AÇIQLAMA

Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA

Ay tutulması baş verəcək

Ay tutulması baş verəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.