"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

6 ayda dövlət büdcəsinin mədaxili və xərcləri açıqlanıb

10 İyul 2018 - 14:22
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

2018-ci ilin altı ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat, xərcləri 9524,3 mln. manat olub, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3382,6 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur. Həmin vəsaitin 65,8 faizi və yaxud 2226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1619,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4608,0 mln. manat vəsait transfert edilib.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5258,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1125,1 mln. manat və ya 27,2 faiz çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri 9524,3 mln. manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz və ya 1330,6 mln. manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 3625,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz və ya 125,7 mln. manat çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və ya 51,9 faizi cari xərclərə, 3596,3 mln. manatı və ya 37,8 faizi əsaslı xərclərə, 979,2 mln. manatı və ya 10,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5116,3 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və ya 19,5 faiz çoxdur.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri isə 15 100,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3492,1 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 10 843,0 mln. manat icra olunub.

İcmal büdcədə 4257,2 mln. manat artıqlıq (profisit) yaranıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Artıq hərbi rəisləri Türkiyə Prezidenti təyin edəcək

Next Post

İlin birinci yarısında ölkədə 250 km uzunluğunda yol çəkilib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
İlin birinci yarısında ölkədə 250 km uzunluğunda yol çəkilib

İlin birinci yarısında ölkədə 250 km uzunluğunda yol çəkilib

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.