"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda istidən dünyasını dəyişmə diaqnozu qoyulurmu?

11 İyul 2018 - 10:36
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Adətən yay fəslinin ən qızmar günləri müşahidə olunan zaman xarici KİV-lərdə çox tez-tez kimlərinsə istidən dünyasını dəyişməsi barədə məlumatlar yer alır. Belə məlumatlar son günlər ərzində yenidən bəzi ölkələrin mətbu orqanları və saytlarının gündəminə çevrilib.

Yayılan rəsmi məlumatlara əsasən, yalnız iyulun 2-dən 8-dək olan bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb, daha 2 722 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, Kanadanın Kvebek əyalətində isə kəskin isti hava şəraiti ilə əlaqədar 70 nəfər dünyasını dəyişib.

Yeri gəlmişkən bildirək ki, iyulun əvvəlində Azərbaycanda da anomal, qızmar hava şəraiti müşahidə edilib. İyulun 1-də Bakıda və Abşeron yarımadasında hətta bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstərici (43-44 dərəcə) qeydə alınıb. Sinoptiklər əksər əhali üçün əlverişsiz olan anomal isti hava şəraitinin iyulun 11-12-də yenidən müşahidə ediləcəyini, belə anomal istilərin yay fəslinin bundan sonrakı dövrü ərzində də təkrarlanacağını açıqlayıb.

Səhiyyə Nazirliyi isə ölkədə hələ heç kimin istidən dünyasını dəyişmədiyini açıqlayıb.

Elchi.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Trend-ə bildirib ki, son dövrlərdə birliyin şöbələrinə istilik və ya günvurmadan dünyasını dəyişənlərin meyiti daxil olmayıb.

İstilikvurma və günvurmanın bir-birindən fərqləndiyini deyən Ə.Həsənov qeyd edib ki, günvurma açıq havada Günəş şüalarının təsirindən baş verir. İstilikvurma isə Günəş şüalarının insana təsir etməsindən deyil, onun yerləşdiyi mühitdə temperaturun həddindən artıq yüksəlməsi səbəbindən yaranır: “Bunların hər ikisinə orqanizmin ümumi qızması, yüksək temperaturun orqanizmə ümumi təsiri deyilir. Lakin biri günvurma, biri isə istilikvurma sayılır”.

Ə.Həsənov qeyd edib ki, günvurma və ya istilikvurma diaqnozunu sağ insana qoymaq daha asandır. Huşu özündə olan insan verdiyi məlumatlarla (gün altında qaldığını, qusma, baş gicəllənmə, huşunu itirmə kimi əlamətləri özündə hiss etdiyini) da bu diaqnozun qoyulnmasına yardım etmiş olur.

Birlik direktorunun sözlərinə görə, onlar tərəfindən bu diaqnozlar artıq dünyasını dəyişmiş insana, yəni meyitə qoyulmur: “Biz meyitə birbaşa istilikvurma və günvurmadan ölüm daqnozunu qoya bilmirik. Bu diaqnoz insanlara sağ ikən klinikalarda terapevtlər, reanimatoloqlar və s. tərəfindən qoyulur. Klinikalarda diaqnoz qoyularkən müəyyən klinik, laborator əlamətlər nəzərə alınır. Amma günvurma və ya istilikvurmaya görə klinikaya yerləşdirilən insan rəhmətə gedirsə, biz “Bəli, onun həmin diaqnozlardan öldüyü istisna edilmir. Ola bilər ki, bu adam həqiqətən də başqa xəstəlikdən deyil, günvurma və ya istilikvurmadan ölüb” deyə bilərik. Məsələn, meyitə kənardan, ya daxildən adi gözlə və ya mikroskopla baxasan, yaxud hansısa laborator müayinə aparasan və “mən bu əlaməti tapdım, buna görə də bu ölümə səbəb günvurma, yaxud istilikvurmadır” deyəsən kimi məsələ yoxdur. Yəni günvurma və ya istilikvurmadan ölən şəxsin meyitində spesifik əlamətlər müşahidə edilmir. Ona görə də bu diaqnoz kompleks şəkildə qoyulmalıdır”.

İstilikvurma və günvurma ilə bağlı fərdi xüsusiyyətlərin və insan orqanizminin iqlimə adaptasiyasının da rol oynadığını deyən Ə.Həsənov bildirib ki, isti ölkələrdə yaşayan insanların orqanizmləri yüksək temperatura öyrəşib. Bu məsələdə fərdi xüsusiyyətlərin də rol oynadığını nəzərə çatdıran direktor qeyd edib ki, istilikvurma və günvurma zamanı əsas dəyişikliklər orqanizmin qan-damar sistemində yaranır: “Damarlarda qan damarında pozulmalar baş verir, damar keçiriciliyi pozulur, ödemlər, xırda qansızmalar meydana gəlir, qan dövranı dayanır və s. Buna görə də həyati vacib orqanlar bir-bir fəaliyyətini dayandırır və ölüm baş verir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədən XƏBƏR VAR: kəndlərimiz atəşə tutuldu

Next Post

Azərbaycanda daha bir BOKT müflis elan edilib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda daha bir BOKT müflis elan edilib

Azərbaycanda daha bir BOKT müflis elan edilib

Adnan Oktar həbs olundu, şəbəkəsinə qarşı əməliyyat başlandı – Fotolar

Adnan Oktar həbs olundu, şəbəkəsinə qarşı əməliyyat başlandı - Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.